Главная
Регистрация
Вход
Çərşənbə
27.11.2024
06:52
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Virtualda sevgiyə necə baxırsız ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0

  

14:09
Əcnəbilər niyə azərbaycanlı qızlarla evlənir?
 
Əcnəbilər niyə azərbaycanlı qızlarla evlənir?
"Avropa, Amerika qadınları feministləşib"

Azərbaycanda övladların ailə qurması ilə bağlı mentalitetdən irəli gələn bəlkə neqativ, bəlkə də pozitiv bir məqam var. Çox zaman ailələr öz övladlarını öz nəsillərindən, öz bölgə ya da zonalarına aid olan şəxslərlə ailə qurmasına üstünlük verirlər. Bəzi ailələr nəinki başqa millətlə, heç başqa rayona qız verib, oğul evləndirəni düzgün hesab etmirlər. Bütün bunlara baxmayaraq son 5 il ərzində MDB məkanında qarışıq nigahların sayı artıb. Artıq kişilərlə yanaşı, qızlar da əcnəbilərlə ailə həyatı qurur. Bu problemləri araşdıran "Təmiz dünya” cəmiyyətinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, əcnəbi vətəndaşların keçmiş ittifaq ölkələrindəki qadınlarla, ələlxüsusda azərbaycanlı qızlarla evlənməyə üstünlük verməsi Qərbdəki sosial problemlərlə əlaqədardır.
"Avropa, Amerika qadınları feministləşib və bu baxımdan sosial rollarında dəyişiklik baş verib. Feminist qadınlar kişilərin diqqət, qayğı göstərməsinə çox kobud cavab verirlər. Yaxud evdar, ailəcanlı deyillər”, deyə M. Zeynalova bildirir.
Qarışıq izdivacların bağlanmasında Azərbaycan qızları da maraqlıdır. Bunun da səbəbi onların sərbəst həyat tərzinə meylli olmasıdır. M. Zeynalova bununla qızların imkanlarının daha yaxşı olacağını düşündüyünü deyir.
Azərbaycan vətəndaşının əcnəbilərlə ailə qurması proseduruna gəldikdə isə bu, Nazirlər Kabinetinin 2002-ci ildə təsdiqlədiyi qanunla gerçkələşir. Qanuna görə, ailə qurmaq istəyən fərdlər Vətəndaş Vəziyyəti Aktları İdarəsinə subaylıq haqda arayışla müraciət etməlidir. Eyni zamanda təqdim olunan sənədlər arasında şəxsiyyətlərini təsdiq edəcək sənəd olmalıdır. Bununla yanaşı, 5 manat məbləğində rüsum ödənir.
Qeyd edək ki, əcnəbi şəxslə nigah yalnız Səadət sarayında reallaşdırılır.
Bəzən azərbaycanlı qızların əcnəbi vətəndaşla baş tutan evlilik həyatı arzuolunan şəkildə davam etmir. Mehriban Zeynalova bu növ ailələrin dağılmasında əsasən psixoloji amilin rol oynadığını qeyd edir.
"Burada əsasən müəyyən ənənə, din, etnik mənsubiyyətdən irəli gələn xüsusiyyətlər rol oynaya bilər. Bir çox hallarda qadınlar bunları nəzərə almadan ailə həyatı qururlar”.
Əcnəbiylə bağlanan nigahların pozulması ölkənin Ailə Məcəlləsinə görə müəyyənləşir. Nigahların pozulması zamanı himayələrində olan uşağın hansı tərəfə verilməsi isə Ali Məhkəmənin plenum qərarı ilə müəyyən olunur. Qərara görə, uşaq məktəbəqədər yaşdadırsa, azyaşlı uşağın ana nəvazişinə ehtiyacı olduğu üçün anaya verilir. Bu, məcburi qaydada olmur. Əgər valdeynlərin himayəsindəki uşaq məktəb yaşlıdırsa, burada tərəflərin razılaşması əsas götürülür. Təbii ki, bu prosesdə uşağın da fikri şərtdir.
Bundan başqa, cəmiyyət sədri azərbaycanlı kişilərin əcnəbi qadınlarla nigaha girməsinin səbəbini də izah edib. Onun fikrincə, kişilərin əcnəbi qadınlarla evlənməsi əsasən onların xarici ölkəyə getmək istəyi ilə bağlıdır. Burada iqtisadi -sosial problemlər də əsas rol oynayır
Категория: Xeberler | Просмотров: 850 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
ILKIN yazdıki >> fionaya qatiliram 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.154
Tarix: 28.06.2011 ,11:34.

0  
 
Məhəmmədəli yazdıki >> fiona duz deyir 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.63.35
Tarix: 22.06.2011 ,13:47.

0  
 
rihanna yazdıki >> xariciler Azeri qizlarini almireee Azeri qizlari ozlerini xaricilere siriyir 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.127.21.9
Tarix: 18.02.2010 ,15:38.

0  
 
Ilqar yazdıki >> Əcnəbilər niyə azərbaycanlı qızlarla evlənir?
Yaxsi sualdi gerek bunu evlenenlere verekde biz hardan biler hemde belediki Qizalrin agli hardadiki xaricilere gedir|?????
 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.42.190
Tarix: 16.02.2010 ,17:14.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Fevral 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
1234567
891011121314
15161718192021
22232425262728

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024