Darıxmaq - yaşamaqdır...
Yalnızlığa inad mübarizə etməkdir....

Darıxmaq - sevməkdir ilk öncə..
Çünki, sevməsən darıxmazsan ki dəlicəsinə....

Darıxmaq - ağlamaqdır...
Axan hər göz yaşında bütün xatirələrini göz önünə gətirə bilməkdir...

Darıxmaq - uzaqlara dalmaqdır...
Həmdə çox uzaqlara....

Darıxmaq - ümid etməkdir.
"Ümid etmək uğurun yarısıdır” məsəlinə güvənərək...

Darıxmaq - sıxılmaqdır...
Bəzən yalnızlığından, bəzən isə ətrafında lazım olmayan insanlardan....
Səsin batana qədər "darıxıram” deyə qışqırmaq.....

Darıxmaq - hirslənməkdir....
Bəzən darıxmana səbəb olanlara, bəzən isə taleyə...Çarəsizcə....

Darıxmaq - yanılmaqdır...
Gecə yarısı yuxudan oyandığında...Hər şeyin bir yuxu olduğunu anladığında məsələn....

Darıxmaq - səbr etməkdir...
Usanmadan şəfəqi gözləməkdir.... İlləri, ayları, həftələri, günləri, saatları, dəqiqələri hətta

Darıxmaq - yaşamaqdır....
Yalnızlığa inad mübarizə etməkdir....

Darıxmaq - qovuşmaqdır...
Bir də heç vaxt ayrılmayacağın qovuşmaq... Xəyal da olsa belə..