1 yaşımda - mənə süd vermələri üçün ağladım.
4 yaşımda - ən çox məni sevmələri üçün ağladım.
6 yaşımda - məni məktəbə qoydular. ətrafımdakıları tanımadığım üçün ağladım.
10 yaşımda - ilk “2”mi almışdım. Hamının içində ağladım.
16 yaşımda - ilk sevgimi tapdım. Mənə xəyanət etdiyi üçün ağladım.
18 yaşımda - universitetə girə bilmədim. Utandığım üçün ağladım.
21 yaşımda - evləndim. Anamdan ayrılacağım üçün ağladım.
31 yaşımda - mənə iftira atdılar. Yaxınlarım inandığı üçün ağladım.
38 yaşımda- valideynlərim avtomobil qəzasında vəfat etdi.” Niyə mən?” deyib günlərcə ağladım.
45 yaşımda - yeganə övladım evdən qaçdı. Çəkdiyim əziyyətlərə görə ağladım.
55 yaşımda - həyat yoldaşım xərçəngdən vəfat etdi. İlk dəfə özümü tək hiss etdiyim üçün ağladım.
63 yaşımda - qocalar evində özümü asdım. Mənə görə ağlayacaq heç kəsin olmadığına görə ağladım..