HƏR ÇƏTİN ANIMDA KƏSİN YANIMI, AXIN ÜRƏYİMƏ GÜLÜŞLƏ, SÖZLƏ, MƏN ÖZ VARLIĞIMI, ÖZ ÜNVANIMI TAPIRAM HƏR YENİ GƏLİŞİNİZLƏ. ****** BƏZƏN HAMARDA DA BÜDRƏYİR ADAM, OXUYUN ÜZÜMƏ NƏ GÜNAHIM VAR. İTTİHAM ETSƏNİZ GÜNAH SANARAM, GÜZƏŞTƏ GETSƏNİZ İTTİHAM OLAR. ****** GÖZÜMDƏ, KÖNLÜMDƏ BİR QÖNÇƏ KİMİ HƏRƏNİZ BİR DUYĞU BƏXŞ EDƏR MƏNƏ. ÖMRÜM ÇOX DOLAŞIQ BİR DÜYÜN KİMİ HƏMİŞƏ MÖHTACDIR DOST ƏLLƏRİNƏ..... |