Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
14:45
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Azərbaycanda 1 nömrəli rep kim deyir ?
[ Netice · Diger ]
Cavablar: 130

Мини-чат

Статистика

Saytda Olanlar 24
Qonaqlar 24
İstifadəçilər 0

  

14:24
Dünya Toy Adətləri


Azərbaycan

Bizim adət və ənənələrimiz bir çox ölkələr kimi olduqca çeşidli və əyləncəlidir. Bölgələrimizə görə fərqlilik göstərən adətlərimizdən bir neçəsini sayarsaq:

Gəlinin belinə oğlanın qardaşı vəya atası tərəfindən qırmızı lent bağlanılır.

Gəlin və bəyə bir-birlərinə can deyib can eşidmələri üçün 1 qaşıq bal yedirirlər.

Gəlin və bəyin üstünə evliliklərinin bərəkətli olması üçün düyü, konfet və xırda pul da səpələyirlər.

Qız artıq oğlan evinə gəldikdə yerə boşqab yerləşdirib gəlinin qırmasını tələb eləyirlər.

Nigah mərasimi zamanı bəylə gəlin bir-birilərinin ayağını taptayırlar. Batil inanca görə ilk ayaq taptalayanın sözü daima keçərli olur.

 Türkiyə

Türkiyədəki toy adətləri şəhərlərdə və kəndlərdə yaşayanlara görə xeyli fərqləndiyi kimi bölgələrə və etnik qruplara görə də dəyişiklik göstərir. Şəhərlərdə gəlin və bəyin paltarına pul və ya qızıl taxılır. Kəndlərdə isə gəlin üçün başlıq pulu tələb edilir. Türk məşhur atalar sözünə əsasən "At, arvad və silah” bəyə tapança hədiyyə edilir. Ayrıca mərasimdə silahlardan atəş açılır.

Yaponiya

Gəlinlə bəyə nə az nə də çox tam doqquz damcı "sake” içirirlər. Yalnız ilk qurtumdan sonra ər-arvad hesab olunurlar. Bu öz daşıdıqları inanclara görə həyata keçirilir. Bir masada qarşı-qarşıya oturaraq bir-birinin gözlərinin içinə baxır və hər qurtumu eyni anda içməyə çalışır və fincanı eyni anda masaya qoymağa çalışırlar. Daşıdıqları qədim inanclarına əsasən fincanı masaya gec qoyan kəs dünyasını ilk dəyişəcəkdir.

Meksika

Meksika toylarının ən gözəl adətlərindən biri qonaqların bir araya gələrək gəlinlə bəyin dövrəsində ürək fiquru düzəltmələridir. Məhz gəlinlə bəy ilk rəqslərini qonaqlardan meydana gələn ürək fiqurunun içində oynayırlar.

Polşa

Polşada toy adətlərindən birisi də gəlin və bəyin paltarına pul taxılmasıdır. Təbii bu adət yeni qurulacaq ailəyə yardım məqsədilə başlamışdı. Artıq isə bu biraz daha əyləncəli hala dönüşmüşdür. Çünkü gəlin və bəyin paltarına pul taxdıqdan sonra rəqs tələb olunur.

Ruminiya

Gəlin və bəyin üstünə qonaqlar tərəfindən şirniyyat və fındıq atılır.

İsveç

Qədim vaxtlarda gəlnlə bəyi uğursuz qara qüvvələrdən qorumaq üçün gəlinin əlinə xoşagəlməz qoxulu bitki və toxumlar tutuşdurulurdu. Mərasimə daxil olan olan gəlinin əlində artıq xoşagəlməz bitki və toxumların yerinə xoş ətirli və gözəl güllər yer almaqdadır.

İsveçrə

Biraz maraqlı olan bu adəti həyata keçirmək üçün az yaşlı bir qız seçilir. Mərasimdə bu qız rəngarəng yaylıqları gələn qonaqlara paylayır. Mərasimin sonuna yaxın isə həmin yaylıqları geri toplayır. Bu vaxt müəyyən miqdarda pul da toplanır. Daha sonra isə dəstək məqsədilə toplanılmış pullar yeni evlilərə təqdim olunur.




Категория: Müxtelif | Просмотров: 1387 | Добавил: Evin_Tek_Yetimi | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
ilkin yazdıki >> MARAQLIDIR 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.254
Tarix: 20.06.2011 ,10:29.

0  
 
rihanna yazdıki >> hmm maraqlidi 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.127.20.33
Tarix: 21.01.2010 ,17:33.

0  
 
Vuqar yazdıki >> mARAQLIDIR 1546 
__________
İstifadəçiəçi Adı:VuqarSevirde
İP:85.132.64.171
Tarix: 21.01.2010 ,00:04.

0  
 
SeCReT yazdıki >> tesekkurler 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:85.132.54.6
Tarix: 19.01.2010 ,18:21.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Yanvar 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024