Dünyanın ən gənc nənəsi adının daşıyıcısı dəyişdi. 23 yaşlı nənə Rumıniyada yaşayır. Rifka Stanesku adlı qadına dünyanın ən gənc nənəsi adını qazanmağa 11 yaşlı qızı "kömək edib". Belə ki, azyaşlı xanım oğlan uşağı dünyaya gətirib.
İngiltərənin "The Sun" qəzetinin məlumatına görə, Rifka özü ilk uşağını 12 yaşında dünyaya gətirib. Onun Mariya adlı qızı 10 yaşında olarkən evdən qaçıb və hamilə qalıb. "Nənə olduğum üçün sevinirəm. Ancaq qızımla bağlı başqa xəyallarım var idi", - deyə Rifka bildirib.
Qeyd edək ki, ötən gün 28 yaşlı qızın dünyanın ən gənc nənəsi ola biləcəyi haqqında məlumat yayılmışdı. Böyük Britaniyada 28 yaşlı Kelli Con adlı qızın 14 yaşlı qızı ana olmağa hazırlaşır.
|