Normal bir çəki ilə dünya gələn çinli körpə Lei Lei indi dünyanın ən nəhəng körpəsi adını qazanıb. Ana südü və uşaq yeməyindən başqa tapdığı hərşeyi yeyən körpə 10 aylıq olmasına baxmayaraq çəkisi artıq 20 kiloya çatıb.
Həkimlər 6 yaşlı uşağın çəkisi qədər kök olan Leinin bu qədər sürətlə kökəlməsinin səbəbini araşdırır.
Körpənin anası Çenq Qingyunun sözlərinə görə, oğlu əlinə düşən hərşeyi yediyindən şar kimi şişməyə başlayıb. Qinqyu bildirib ki, hətta bala Lei mobil telefonu da yemək zənn edərək udmağa çalışır, onun ən çox xoşladığı şey yeməkdir.