Keçən il azərbaycanlı iş adamı Rza Zərrabla ailə həyatı quran Türkiyənin məşhur müğənnisi Ebru Gündəş axır ki, muradına çatıb.
"Artıq mən də ana olmaq və o gözəl duyğunu dadmaq, körpəmi qucaqlamaq istəyirəm. Hər zaman ana olmağı, uşağımın olmasını arzulamışam", - deyə o bildirib.
Gündəş evləndikdən bir il sonra müjdə xəbərini alıb. Hamilə olduğundan şübhələnən sənətçi, həkim müayinəsi zamanı 1,5 aylıq hamilə olduğunu öyrənib.