Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
21:26
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Oğlansan qız ?
[ Netice · Diger ]
Cavablar: 158

Мини-чат

Статистика

Saytda Olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0

  

12:23
Erməni kişilərin ,Azərbaycanlı qadınları.....
 
Rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altındakı torpaqlarına - Qarabağa səfər edən türkiyəli jurnalist Nagehan Alçe Türkiyədə nəşr edilən "Axşam" qəzetində "İşğal edilmiş torpaqlarda yaşayan azərbaycanlılar" sərlövhəli məqalə yazıb. Jurnalistin reportajını olduğu kimi təqdim edirik:

"Dağlıq Qarabağın Saruşen kəndində yaşayan Gülzar Musa qızı Qriqoryan ikinci variantı seçib. Döyüşdə ailəsinin arxasından baxıb, erməni əri Slavikin yanında qalıb... Ancaq bölgədə yaşayan tək azərbaycanlı o deyil. Tək-tük də olsa, "paytaxt"da azərbaycanlılara rast gəlmək mümkündür. Bunlardan biri Zina Rzayeva Araqelyandır. O, Qarabağda azərbaycanlılarla ermənilərin birlikdə yaşadığı "xoşbəxt" günlərdə doğulub. Bir erməniyə aşiq olub. Evləniblər. Sonra müharibə başlayıb. Əri döyüşə gedib, özü isə hərbi xəstəxanada işləyib...

"Azərbaycanlı qardaşlarımın yaraladığı erməni əsgərlərini müalicə edirdim", deyə Zina bildirir və əlavə edir: "Millət nə deməkdir? İnsan insandır. Mən orada insanları müalicə etdim".

Bu gün Qarabağdakı azərbaycanlıların hekayələrini oxuyacaqsınız və döyüşün dramlarının bütün tərəflər üçün oxşarlığını bir daha görəcəksiniz.

Qarabağın azərbaycanlı gəlinləri

Gülzar və Zina müharibə başlayan kimi Dağlıq Qarabağı tərk edən ailələrini deyil, aşiq olduqları adamları seçib. İkisi də ermənilərin, eşq və vətən arasında sıxışıb qalmış azərbaycanlı gəlinləridir...

"Bu torpaqlarda heç azərbaycanlı qalmayıb?" deyə soruşduqda əvvəl "Gülzar" deyirlər. "Paytaxtdan aralı kənddə yaşayan Gülzar var, onu tapın" deyib, əlavə edirlər: "Burada, "paytaxtda" yaşayan azərbaycanlılar da var. Hətta radioları belə var".

Həqiqətən də orada bir Azərbaycan radiosu fəaliyyət göstərir. Orada çalışan azərbaycanlı bir qadınla görüşdük, amma danışmaq istəmədi. Diqqət çəkməmək istəyirdi. Bir neçə sınaqdan sonra bu dəfə Zina adlı qadını tapdıq. Zina anası və uşaqlarıyla birlikdə şəhərin mərkəzində yaşayır və tibb bacısı işləyir...
Bölgədə qalan azərbaycanlılara ermənilər "Onlara qarşı düşmənçiliyimiz yoxdur, biz aramızda ayrı-seçkilik güdmürük" desələr də, bir torpağın üzərində yaşayanların bu qədər homogen olması düşündürücüdür.

Ailəm bəlkə məni tapar

Paytaxtdan bir taksiyə minib yola düşürük. İstiqamət Saruşen kəndidir. Bir saatlıq səfərin ardından kənd görünür. Dağ başında kiçik bir yerdir. Bir küncdə toplanmış uşaqlara rast gəlirik. "Azərbaycanlı qadın varmış burada. Evi hansıdır?" deyə soruşuruq, "Burada azərbaycanlı yoxdur, bir yezidi var, adı Gülzar" deyə cavablandırırlar. Bəlkə azərbaycanlı şəxsiyyətini gizlətmək lazımdır ya da "o birinin adı buralarda "yezididir". Hələ bilmirik.
Göstərdikləri qapını döyürük. Qapı toyuqlarla dolu bir bağçaya açılır. "Türkiyədən gəlmişik, Gülzarı axtarırıq" deyirik, "Buyurun, qonağımız olun" cavabını alırıq. Evin nərdivanlarını çıxarkən bir qadın qapıya çıxır. "Gülzar mənəm" deyir və bizi içəri aparır.
İki göz evin ortasına qurulmuş sobanın üstündə bir qazan qaynayırdı. İçəridə əşya kimi yalnız köhnə bir kreslo, bir masa, bir də yataq var idi. Yaşına görə Gülzarın qayınatası hesab etdiyimiz, yaşlı bir adam yatağın başında, kresloda isə Gülzarın əri oturub. Hər ikisi qəmgin görünür. Siqaret dalıyca siqaret çəkir.

"Hekayənizi yazmağa gəldik. Siz buradakı azərbaycanlısınız", deyincə əvvəl həyəcanla ayağa qalxır, şkafdan bir qutu fotoşəkil çıxarıb arasından nə isə bir şeyin axtarışına başlayır. "Hamısını izah edəcəyəm, amma əvvəl gənclik fotoşəklimi tapıb sizə verim ki, Türkiyədə bu fotoşəkil nəşr olunsun. Ailəm həyatdadırsa, görər, məndən xəbər alar bəlkə..."

ERMƏNİ NƏ VAR?
Sonra Gülzar başladı izah etməyə: "Füzulidə doğulmuşam. Slavik o zamanlar oradakı dövlət fermasında işləyirdi. Məni görüb, bəyənmişdi. Mən də onu bəyəndim. Birlikdə qaçdıq, bura, Slavikin kəndinə gəldik. Bundan sonra ailəm gəlib məni evə geri apardı, "Erməni ilə evlənmək olmaz, haramdır" dedilər. Amma yenə qaçdım. Sonda qəbul etdilər. Məni də, Slaviki da bağışladılar. Bu kəndə köçdük. Dinimi heç bir zaman dəyişdirmədim, amma onsuz da buralarda din adlı bir şeydur. Kənddə kilsə belə yoxdur".

"Bəs indi? Ailən haradadır?" deyə soruşuruq, o zaman gözləri yaşardı, "Kaş ki biləm" deyir. "Müharibə başlayan kimi bütün azərbaycanlılar qaçmağa başladı. Bu kənddə yaşayan və ermənilərlə evli olan başqa qadınlar da vardı. Hamısı ərlərini buraxıb, ailələriylə qaçdı. Amma mən Slaviki buraxa bilməzdim. Ailəm getdi. Mən qaldım".
Gülzarın ailəsinin gedişi o gediş oldu. Bir daha onlardan heç xəbər ala bilməyib. Həyatda olub olmadıqlarını belə bilmir. Bu səbəblə mütləq fotoşəkil vermək istəyir, "Bir də" deyir, "Gəlin hamımız birlikdə şəklimizi çəkin və onu da mətbuatda dərc edin. İndiki halımı da görsünlər. Yaxşı olduğumu bilsinlər. Bu mənə yetər!"

ARVADIMI HEÇ BİR ŞEYƏ DƏYİŞMƏM

Bu arada Slavik başlayır danışmağa. Elə yorğun, elə bədbəxt görünür ki... Bəlkə də müharibədən sonra əmək qabiliyyətini itirdiyinə görə, ... Ya da o torpaqlarda xoşbəxt olmaq üçün bir şey qalmadığından... "Həyat yoldaşımın azərbaycanlı olması burda heç kimi narahat etmədi. Əksinə Gülzar kənddə çox sevilir. Onu özümüzdən ayırmadıq. Arvadmı kimsəyə dəyişməm" deyir.
Bundan sonra ayağa qalxmağa çalışsaq da qoymadılaq. "Yemək yemədən getmək olarmı? Yemədən gedərsinizsə, qardaşım gəldi, yeməyimi yemədi deyərəm" deyə israr edir Gülzar. Sobada qaynayan yemək, qablara boşaldılır. Süfrəyə otururuq. Şərəfimizə ev istehsalı olan araq açırlar. Gülzarın itkin ailəsinin şərəfinə içirik.

Müharibədə erməni əsgərlərini sağaltdı

Saruşen kəndindən sonra istiqamətimiz Xankəndinə idi. Azərbaycanlı Zina Rzayeva Araqelyan bizi evində gözləyirdi. Şəhərin mərkəzində bir küçəyə çıxdıq. Sovet üslubunda bir mənzil idi. İçərisi zülmət qaranlıq idi. Divarların boyalarının qopduğu illər olub. Köhnə nərdivanlardan yuxarı qalxırıq. Nəhayət işıq göründü. Zina, oğlu və qızı ilə birlikdə bizi qapıda qarşıladı.

Dar dəhlizdən kiçik salona keçirik. Zinanın anası Füruzə Qriqaryan bizi öpərək qarşılayır. 70 yaşlı Füruzə əslən Bakılıdır, yetimxanada böyüyüb. Ailəsini heç tanımayıb. Xankəndidə yaşayan qardaşının yanına gəlib və orada bir azərbaycanlı ilə tanış olub evlənib. Qızı Zina 1969-cu ildə doğulub. 1989-cu ildə bir erməni ilə evlənib. Soyadını daha sonra dəyişdirib. "O zamanlar erməni, azərbaycanlı ayrı-seçkiliyi yox idi. Düşünmədim belə. Onsuz da mənim üçün milliyyət yoxdur. " deyir.
Zina evləndikdən qısa bir müddət sonra qarşıdurmalar başlayıb. Əri müharibəyə, özü isə tibb bacısı olaraq xəstəxanaya gedib. "Mütamadi olaraq yaralı əsgərlər gəlirdi. Azərbaycanlı qardaşlarımın yaraladığı əsgərlər. Azərbaycanlı ya da erməni heç fərq etməz, mən hamısına eyni şəkildə baxaram. Yaxşılaşdırmaq üçün əlimdən gələni etdim".

ZƏNG ETMƏK QADAĞANDIR

Bu gün işğal altındakı Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayı bilinmir. Onlar "yox" deyiləcək qədər azdırlar. Qalanlar "Burada heç bir problemlə qarşılaşmırıq" deyirlər, amma niyə bu qədər az olmaqlarının səbəbləri bilinmir. Ən böyük problem isə Azərbaycana zəng etmənin belə mümkün olmamasıdır.

İKİ TƏRƏFƏ DƏ AİDƏM

Zina hələ də xəstəxanada işləməkdə davam edir, ancaq əri müharibədən sağ qayıtsa da, daha sonra davam edən bir döyüşdə ölüb. Zina bölgədə yaşananlara yaxşı bir nümunə olduğu üçün keçən il Radio Free Europe onun haqqında film çəkib. Söhbətin ortasında DVD pleyerdə həmin film nümayiş olunur. Filmlə birlikdə Zina keçmişi xatırlayır. Müharibədən danışır. "Elə böyük vəhşilik yaşadıq ki... İki tərəf də bir-birini vururdu. Bir kənddə qalırdıq. Azərbaycanlılar kəndi boşaltmışdıar. O kənddə mən azərbaycanlı əsgəri qonaq etdim. Nə olsa da iki tərəfə də aidəm. İkisinə də qarşı ola bilmərəm. Uşaqlarım həm azərbaycanlı, həm də ermənidir. Söyləyin mənə nə edim? Hər kəs bilsin ki, bu müharibə yox idi! Onu yaratdılar! Bizlər deyil, başdakılar yaratdılar!" Zina və ailəsi çox sıxıntılı şərtlər altında yaşasalar da, Qarabağdan ayrılmamaqda israrlıdırlar. Ana Füruzə "Bir yerə gedə bilmərəm. Bura məni həmişə geri çağırar" deyir. Zinanın evində, erməni tərcüməçimizlə davam etdirdiyimiz söhbətdən sonra uzun-uzun qucaqlaşıb vidalaşırıq. O isti mühiti, qapqaranlıq mənzildəki buz kimi çarəsizlik izləyir. //282/

Категория: Xeberler | Просмотров: 820 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
ILKIN yazdıki >> smile twkler 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.133
Tarix: 01.07.2011 ,14:28.

0  
 
secret yazdıki >> tesekkurler 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:212.38.118.215
Tarix: 28.11.2009 ,13:46.

0  
 
Ilqar yazdıki >> thanksyou 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.51.56
Tarix: 28.11.2009 ,12:30.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Noyabır 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024