Ermənistanda "Eurovision-2010” mahnı müsabiqəsinin seçim turunda 10 namizəd mahnıdan biri oğurluq çıxıb.
Hurriyet.com.tr-nin məlumatına görə, Sonya adlı müğənninin səsləndirdiyi "Never” (Əsla) adlı mahnının girişi Türkiyə müğənnisi İzelin "Bellimi olur”, musiqisi isə Hadisənin "Evlenelim” mahnısı ilə eynidir. Tanıtım mətnlərində Sonyanın ifa etdiyi "Never” mahnısının müsiqisinin S. Katuzyan adlı bir bəstəkara aid olduğu bildirilir. Lakin Hadisənin "Evlenelim” mahnısının söz və musiqisini Sinan Akçıl yazıb.
Qeyd edək ki, Ermənistanda "Eurovision-2010” mahnı müsabiqəsinə qatılacaq mahnı bazar günü bəlli olacaq.
|