Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək "Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı Səfurə Əlizadətəmsil edəcək.
Təmsilçimiz isə "Eurovision” müsabiqəsi üzrə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Adil Kərimli tərəfindən açıqlanıb. Maraqlısı burasındadır ki, təmsilçini təyin etmək üçün münsiflər heyəti 30 dəqiqəyə yaxın fikir mübadiləsi aparıblar.
Azərbaycanın builki müsabiqə təmsilçisi bu gün "Buta Palace”da keçirilən milli finalda müəyyənləşib. Final mərhələsinə vəsiqə qazananSəfurə Əlizadə, Məryəm Şabanova və "Milk&Kisses” qrupu 55-ci "Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparıblar. Təmsilçimiz və ifa edəcəyi mahnı milli münsiflər heyətinin üzvləri İTV-nin baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev tərəfindən seçilib. Münsiflər heyətinin üzvü Fərhad Bədəlbəyli seçimdə iştirak etməsə də, öz səsini canlı bağlantı vasitəsi ilə verib.
Azərbaycanın milli finalı Gürcüstanın müsabiqənin Azərbaycan üzrə Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin Türkiyənin TRT və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlanıb. Milli final konsertini izləmək üçün ölkəmizə gələn Gürcüstanın İctimai Televiziyasının baş direktoru Gia Cantirya canlı izləyib.
Milli final konsertində "Eurovision-2009” müsabiqəsində AZərbaycanı təmsil edən AySel Teymurzadə "Always”, "Fallin” və bir də yeni mahnı ifa edib. Final konsertinin qonaqları sırasında Rusiyanın "Fabrika zvezd” layihəsindən tanınan Dakota və Gürcüstanın builki yarışmada təmsil edəcək Sofo Nijaradze çıxış ediblər |