"Eurovision 2010"un ən gözəl qadın müğənnisi seçilir. Seçim bu il Osloda keçiriləcək müsabiqədə iştirak edəcək 20 qadın müğənni arasında aparılır. Hələlik siyahıya Azərbaycan təmsilçisi Səfurə Əlizadə liderlik edir. O 42 faiz (694 səs) toplayıb. İkinci yerdə Xorvatiya təmsilçisi Feminem Nikadır (21%, 351 səs). İlk üçlüyü isə ermənistanlı Yeva Rivas qapayır (7%, 116 səs).
Xatırladaq ki, ötən ildə Azərbaycan təmsilçisi Aysel Teymurzadə müsabiqənin ən gözəl xanım müğənnisi seçilmişdi.
|