Bu ilin mayında Olsoda keçiriləcək 55-ci "Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə Stefan Örn və Sandra Bjurmanın "Drip Drop” mahnısını ifa edəcək. Bu açıqlamanı "Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. Onun sözlərinə görə, "Drip Drop” üç mahnı arasından seçilib.
A.Kərimli bildirib ki, mahnı nümayəndə heyətləri rəhbərlərinin martın 21-22-də Osloda keçiriləcək toplantısında rəsmi olaraq təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan müsabiqənin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 25-i müsabiqənin I yarımfinalı, 29-da isə finalı keçiriləcək.
Etiyazdıki >> Leyla ,fikir eleme , heç məndə istəmirdim bu getsin , səsinnəndə özünnəndə xoşum gəlmir , Milk & Kisses getsəydi daha yaxşı olardı,Ama daha nə edək bu seçilib bizə qərarla razılaşmaq qalır ! inşAllah Layiqli yeri tutar
Leyla.yazdıki >> zehlem gedir ondan hansi mahniydan gedir getsin meni maraqlandirmir men isteyirdim . Meryam getsin safuradan zehlem gedir neyse..... xebere gore eti