Səfurə Əlizadənin "Eurovision 2010" Mahnı Müsabiqəsinin səhnəsində ifa edəcəyi "Drip-Drop” mahnısının yeni versiyası hazırlanıb. Mahnının yeni versiyasında milli musiqi alətlərimizdən olan neydən istifadə olunub. "Eurovision” müsabiqəsinin Azərbaycan üzrə koordinatoru Zəhra Bədəlbəylinin sözlərinə görə, milli musiqi alətimizin səsini "Drip-Drop” mahnısının ikinci bəndində eşitmək mümkündür.
Qeyd edək ki, hal-hazırda Stokholmda olan "Eurovision-2010” təmsilçimiz ciddi hazırlıq prosesi keçir. Səfurə Əlizadə yeni albom üzərində işləyir. Alboma daxil olunacaq mahnıların hamısı artıq hazırdır. |