Facebook istifadəçilərinin şəxsi məlumatları təhlükədə! 100 milyon insanın Facebook məlumatları oğurlandı!
282: Facebook sosial şəbəkəsində qeydiyyatı olan 100 milyon insanın məlumatları dosye halında oğurlanıb. Facebook yeni bir təhlükəsizlik şokuyla sarsılıb. 282nin"ShiftDelete.net"ə istinadən məumat verir ki, bir hacker ələ keçirdiyi məlumatları açıq şəkildə yaymağa başlayıb. Hal-hazırda "Facebook" ilə başlayan sosial çılqınlığın qarşısını almaq mümkün olmur. Lakin, insanlar bu kimi hadisələrin baş verməsinə baxmayaraq özəl həyatları ilə bağlı məlumatları bu tərz saytlarda paylaşmağa davam edirlər. İstifadəçilərin çoxu isə bu bilgilərin sadəcə dostları tərəfindən izlənildiyini düşünür. Daha əvvəl də buna bənzər hadisələrə qarşı heç bir qabaqlayıcı tədbir almayan və sosial şəbəkə konseptinin tamamən təhlükəsiz olduğunu müdafiə edən "Facebook" rəhbərliyi isə bu hadisəyə hələ də aydınlıq gətirməyib.//282 |