Bağışlayın məni!Kənarlarında rəngli çiçəklər olan məktub kağızların yazmaq istəyərdim.Kəpənək qanadları rəngləməyi, quşların ötüşünü dinləməyi, hətta uçurtma uçurmağı mən də öyrənə bilərdim. Məktubumun kənarlarına rəngli çiçəklər çəkə bilmədim.Kəpənək qanadlarını rəngləməyi, quşların ötüşünü dinləməyi, uçurtma uçurmağı bacara bilmədim.Bağışlayın məni! Şəkil çəkməni, çiçək rəngləməyi, kəpənək qanadlarını oxşamağı sevmədiyimdən deyil.Mən, top atəşləri, bomba səs-küyləri arasında doğuldum. Yaşım 13dür.Laylalar yerinə, silah səsiylə böyüdüm. Rənglərdən əvvəlcə qan qırmızısını tanıdım.Çiçəklərdən əvvəl ölülərin arasında dolandım. Kəpənəklərlə heç gizlənpaç oynaya bilmədim.Üç yaşımdaykən ən böyük böyük qardaşmı, səkkizimdəykən ortancılı itirdim.Atamı əllərini bağlayaraq apardıqlarında doqquzundaydım.Basdırdığımızda onumda.Bacım 15ində tərk etdi evi. 15 sinde qızlar məktəbə gedər 17sində Cehiz sandığı düzər. Bizim burada 15ində qızlar döyüşə gedər. Seçmə haqqı tanımaz İsraillilər.. Ya evində oturub ölümü gözləyəcəksən,ha bu gün, ha sabah deyə-deyə yaşayarkən öləcəksən,ya da...Ölümlərin atəşindən səslənirəm sizə eşidirsinizmi? Fələstinim mən anlayırsınızmı? Amma yenə də yaşayıram..Çünki qanlı torpaqlarda böyüyərkən yaşamağı, çiçək rəngləməyi deyilsə də məzar daşlarında çiçək böyütməyi,kəpənək qovmağı deyil amma, tüfəng tutmağı öyrəndik..Bu qədər nifrət, bu qədər acı arasında yaşamağı,qaranlıqlar arasından günəşə baxmağı öyrəndik..Onun üçün böyük və qurudur gözlərimiz. Onun üçün hələ istidir, düşmənə təyin edərkən döyənəkləşən kiçik əllərimiz..Küçə aralarında güllə şanlarından oyuncaq etdik..Partlamamış əl bombaları yığdıq. Minaların üstündə tünd tünd oynadıq. Evimizi yıxdılar,dünən Məhəlləmizi yandırdılar. Güllə şanlarıyla misket oynayarkən üzərimizə bombalar atdılar.Üç yoldaşım can verdi.Üç kiçik uşaq..Bağışlayın məni qurtara bilmədim! Sallanmışdı çiyinimdən aşağı qanlı qolum, uzada bilmədim.. Əlim düşdü yerə, qolum çarəsiz.. Qanlarımız qarışdı bir-birinə.. Bax orada Qan qardaşı olduq biz...Gözlərim qaraldı,əvvəl Başım gicəlləndi..Amma yatmaq istəmirəm Yatsam yoldaşlarım bu dünyadan köçər deyə qorxuram.. Bağışlayın məni! Tuta bilmədim özümü.Yapışdıra bilmədim alınıma açıq dayansınlar göz bəbəklərimi..Yaşım 13dür.Burada uşaqlar uşaq olmaz. Körpələr belə yaşamaq üçün beşikdən sipər edər.. Çünki İsrail deyilən zorbanın Amerikan bombaları, beşikləri belə məzar edər. Ölümlərin içindən böyüyürəm.. MİNİCİK ÜRƏYİMLƏ ATƏŞLƏRİN ARASINDAN HİRSLƏ GƏLİRƏM DODAQLARIMDAN TÖKÜLƏN AZADLIQ TÜRKÜLƏRİNİ EŞİDİRSİNİZMİ?