Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
15:31
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 29
Qonaqlar 29
İstifadəçilər 0

  

13:39
Gizli çəkilmiş şəkil [Hekayə]
 
İki il əvvəl evlənmişdilər. Oğlan ədəbiyyatı və şeri çox sevirdi. Yazılarını və şerlərini internet səhifələrinə , qəzetlərə göndərirdi. Lakin, hələki yazıları oxucular tərəfindən yetərincə sevilmirdi. Bundan əlavə oğlan çox gözəl fotografdır. Öz toy gününün şəkillərinin əksəriyyətini də özü çəkmişdir. Ədəbiyyata və şerə olan sevgisindən fotograf sənətini 1 yana atmışdır. Yoldaşını çox sevirdi və bu sevgi qarşılıqlı idi. Amma qız bir az səbirsiz və küsəyən idi. Kiçik şeylər üstündə dava salar ,yoldaşı ilə günlərlə danışmazdı. Oğlan daha səbirli və həmişə barışdırıcı olmağa çalışardı. Bu gün qız yenə yoldaşının sevmədiyi bir işi görməsini istəyirdi.

Qız: "3 gün sonra rəfiqəmin toyudur. Məndən şəkilləri sənin çəkməyin üçün xahiş ediblər. Üstəlik artıqlaması ilə pul ödəyəcəklər."
Oğlan: "Bu günlərdə vaxtım yoxdur."
Qız: "Off.... yenə vaxtın yoxdur. Bu roman yazmaq işini bir yana qoy. Onsuzda onun üçün çox vaxtın olacaq. Istəyirəm ki, rəfiqəmin toy şəkillərini sən çəkəsən."
Oğlan: "Xeyr!"
Qız: "Nə olar ki sadəcə 1 gün."
Oğlan: Dedim ki yox!"
Qız: "3 gün içində ya mənim təklifimi qəbul edəcəksən ya da hər şeyə son qoymalıyıq deyib otaqdan çıxdı."
Son iki gün qız yoldaşı ilə danışmır, onun suallarını cavabsız qoyur, hətta onunla 1 otaqda belə oturmurdu.
Və 3 cü gecə...............
Oğlan: "Danışmağımız lazımdır."
Qız: "Əgər toy haqqında danışacaqsansa qulaq asaram."
Oğlan: "Xeyr amma çox mühüm bir söhbətdir."
Qız yenə cavab vermir.
Oğlan: "Bir qızla tanış olmuşam. Məni çox sevir. Çox xoş xasiyyəti var . İstəmədiyim şeyləri mənə məcbur etdirmir. Həmdə mənim yazılarımı dəstəkləyir və bir gün məşhur 1 yazıçı olmağıma inanır."
Qız yoldaşının sözlərindən çaş- baş qalmışdır. Göz yaşlarını gizlətməyə çalışsa da iki damla yaş yanağına düşdü. Oğlan əlini pijamasının döş cibinə ataraq davam etdi:"Şəkilini çəkmişəm. Baxmaq istəyirsən?"
Qız yaşla dolmuş tərs baxıslarını oğlana yağdıraraq
"İstəmirəm! Lazım deyil!":dedi

Oğlan işığı söndürüb yatagına girdi. Qız isə yata bilmirdi. Yuxusu qaçmışdır. Bir zamanlar özü yoldaşına həmin qız kimi davranmışdır. Onu daima sevəcəyini və nə olursa olsun həmişə dəstəkləyəcəyini və'd etmişdir. Verdiyi vədləri nə tez unutmuşdur, nə tez dəyişmisdir. O günlərə qayıtmaq, sevgisini yenidən geri qazanmaq istəyərdi. Təkrar ağlamağa başladı. Sonra gözü yoldaşının döş gibində olan şəkilə sataşdı. Maraqdan və qısqanclıqdan şəkilə baxmaq istəyirdi. Yavaşca əyilib şəkili pijamanın döş cibindən çıxartdı.
Baxdı.....
Doyunca ağlamaq istədi.....
Doyunca gülmək istədi.....
Çox gözəl çəkilmiş 1 şəkil idi. Qız da çox gözəl idi.
Öz şəkili idi. Özünün xəbəri olmadan çəkilmiş 1 şəkil.
Qız sevincək halda əyilib sakitcə yoldaşının yanağından öpdü.
Oğlan dodaqaltı gülümsədi. Lakin özünü yatmış kimi göstərdi.....
 
Категория: Meqaleler | Просмотров: 873 | Добавил: QaraQan_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 7
0  
 
Sevinc yazdıki >> TESEKKURLER COOX MARAQIDIR smile 
__________
İstifadəçiəçi Adı:Derya_282
İP:85.132.56.155
Tarix: 27.06.2011 ,09:56.

0  
 
FAtinka yazdıki >> AYdaa maraqli idi.Oglana da halal olsun. 
__________
İstifadəçiəçi Adı:Fatinka
İP:109.127.25.139
Tarix: 26.06.2011 ,13:28.

0  
 
Melek yazdıki >> tesekkurler maraqli idi. 
__________
İstifadəçiəçi Adı:_Melek_
İP:85.132.62.199
Tarix: 25.06.2011 ,22:54.

0  
 
Leyla yazdıki >> Tsk Qaraqan-282 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.129
Tarix: 25.06.2011 ,17:16.

0  
 
ilkin yazdıki >> TWK NORMAL 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.219
Tarix: 25.06.2011 ,16:38.

0  
 
Məhəmmədəli yazdıki >> ade niye olmur ekseriyyetinde olur 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.7.237
Tarix: 25.06.2011 ,15:59.

0  
 
Said yazdıki >> Tsk..PIJAMA-nin cibi olur ? ) 
__________
İstifadəçiəçi Adı:Leito
İP:88.151.194.38
Tarix: 25.06.2011 ,14:31.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024