Google-a əlavə ediləcək yeni funksiya, axtarış nəticələrinizi xüsusiləşdirmənizi təmin edəcək. Axtarış nəticələrində ilk səhifədə görmək istəmədiyiniz saytları bloklama şansı təqdim edəcək. Yəni artıq ön sıralarda görmək istəmədiyiniz axtarış nəticələrini özünüz təyin edib Google nəticələrini fərdiləşdirmək artıq əlinizdə olacaq. Bloklanan saytları Google hesab səhifəsindən təkrar köhnə halına gətirməyə də imkan olacaq. Bu xüsusiyyət üçün Google blogunda edilən açıqlama «Bu xüsusiyyəti Google-a əlavə edirik, çünki axtarış nəticələrində daha əyləncəli və fərdiləşdirilmiş bir istifadə təcrübəsi təqdim etməyi hədəfləyirik.» şəklində oldu.
Bu Google update-i, bu gün (11.03.2011) etibarilə Chrome, Firefox və İnternet Explorerin son versiyalarında aktiv olacaq. |