Bu da sonuncu gün. Sonuncu vida , Bu da ayrılığın sonuncu tini . Quzum, hər görüşün son ucu vida , Görürdüm bu günü, Səninlə görüşün birinci günü ... Yolun uğurlu olsun deyirəm sənə ; Qarşında ömür gün sınağı durur . Nə deyim , bəlkə də yolunda yenə Mənim tək bir sevda qonağı durur . Gedirsən , Bu günü saxla yadında Yaddaşın mən verən dərsi pozmasın . Sən elə alış ki , sənin odunda Ötəri qonaqlar qoy qızınmasın . Qarşımda nə çəpər, nə də ki barı ... Mənim də ömrümə beləcə gəldin . Qəlbində bir çınqı od saxla barı Bəlkə bir çırağı yandıra bildin . Əyil !... Məhəbbətin önündə əyil , Bəlkə bu dünyadan qopara səni . Taleyin estafet ağacı deyil Hərə bir mənzilə apara səni ... Bir gün də sərbəstlik taxtı devrilib , Ömrünə gəlinlik illəri gələr . Dünənin bir namərd dosta çevrilib Sabah kəndirini doğraya bilər . Bu da sonuncu gün, sonuncu vida, Bu da ayrılığın sonuncu tini . Quzum, hər görüşün son ucu vida, Görürdüm bu günü, Səninlə görüşün birinci günü ...
|