Salamlar , Bu gün yəni 26 iyun Silahlı qüvvələrin yaranmasından 93 il ötürdü , Demək olar elə informasiya vasitəsi qalmamışdıki xəbər etməsinki şəhərdə Azadlıq meydanın qabağında Silahlı Qüvvələrin yaranmasının 93 illiyi münasibəti ilə HƏRBİ parad keçiriləcək ,Əslində 3 gün əvvəldən Azadlıq meydanın qabağındakı yol bağlanmışdı , çox maraqlı gəlirdiki Azərbaycan günü gündən inkişaf edirsə gör indi texnikası bir ilin içində nə qədər dəyişib , bu doğurdanda çoox böyük maraqıma səbəb oldu , axırı ki Səhər oyandın , Saat 11 ə işləyirdi təxminən , fikrimdə var idiki ən azınnan saat 10-da mən artıq Azadlıq meydanında olmalıyam , axı bu paradı canlı canlı görməli və çəkməli idim , həmdə sayta yerləşdirməli idim şəkillərini , dedim yoxee gecikmişəm 100 % , Sora durdum çay içdim , dedim yoxee gedəcəm , çayı işən kimi admin Ülvi yə zəng vurdum o dedi yoxee yatıram , bilirsizdə tənbəldi ,))), getdim Azadlıq meydanına , Acınnanda ölürdüm , Sahil metrosundan çıxdım düşdüm Sahilə gördüm o qədər adam var ki ora getməsəm lap yaxşı olar , (bu arada yol üstü balaca xalam oğlunuda götürdüm , 11 yaşı var )) ) nəysə ama düşdüm düşənnən sora gördümki yolu bağladılar polislər , tez arxaya qaçıb dar küçələrin arası ilər qız qalasına yaxın bir aradan çıxdım , gördüm hələ BTR -lər gedir amma qabağımda xeyli adam var idi deyə yaxşı görə bilmirdim tez telefonu çıxardıb , yuxarı qaldırıb özüm görmədiyim bir şeyləri tam çəkdim , 5 - 6 şəkil çəkkənnən sora qırıcı təyyarələr uçmağa başladı , sonra gördümki nəsə səssizlik oldu , hamı yolu bu səkidən o səkiyə keçməyə başlayır , polislərdə həmişəki kimi qışqırırki keçməyin-keçməyin ,)) nəysə biraz gülümsünüb durdum yerimdə , axırı yolu o qədər adam keçdiki bizim səkidə demək olarki heçkim qalmadı , ama mən qaldım , dedim yeni tanklar falan gələndə çəkmək rahat olsun , ama nəsə gəlmədilər sonra gördümki Azadlıq meydanı tərəfdə nəsə xeyli sayda millət var , Balaca xalam oğlunu götürüb getdim ora , özdə yolun ortası ilə )) nədə olsa bom boş idi , yaxınlaşdıqca görürəmki arxadakı adamlarda nəsə çoxalır və hamı mən tərəfə gəlməyə başlayır , Artıq bildimki Azadlıq meydanında yenə nəsə var , getdim ora , Azadlıq meydanına çatmağıma 100 metr qalmış artıq gördümki nəsə orda tanklar və başı kaskalı tank sürücüləri var , Məndə getdim adamların arasından güclə keçib özümə rahat bir yer tutdum , başladım yenə şəkil çəkməyə , çəkdim , çəkdim ,çəkdim gördüm yoxee çəkməknən olmur , getdim birazda irəli , Əsgərlərdən icazə aldım dedim 282 PRESS dedilər o nədi ? dedim Jurnalist , dedi olmaz içəri , dedim onda AzTV ni çıxart bayıra onu niyə qoyursan ? , Əsgərlər dedi onda çək tez çıx , sevinə sevinə girdim çəkdim sora gördüm xalam oğlu nəsə yoxa çıxdı )))) ama dedim yəqin taparam çəkdim ama yenədə ürəyim xala oğlunun yanında qaldı , çünki 11 yaşı var , itə bilərdi , Çəkib çıxdım , sora gördüm Xala oğlu öz kefindədi ))) ,nəysə bu cür işgəncədən sora hərbi paradda başa çatdı , Nəysə bu parad barədə heçnə deyə bilmərəm , çünki o qədər adam var idiki saysız hesabsız , Buyurun çəkdiyim şəkillərə baxmaq istəyənlər Aşaqdakı linkə klikləyə bilər
Şəkilləri çəkdi və mətni yazdı Etibar
_______________________________________ |