Azərbaycan əsilli iş adamı Rza Zərrabla evli olan tanınmış türkiyəli müğənni Ebru Gündəş hamilə vəziyyətdə kameralara tuş gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni həyat yoldaşı ilə birgə Bodrum şəhərində görünüb. 5 aylıq hamilə sənətçi əri ilə birgə kirayələdikləri gəmi ilə dəniz gəzintisinə çıxmaq istəsə də qeyri-sabit hava şəraiti onlara mane olub.
Fürsətdən istifadə edən Gündəş rəfiqələri ilə birlikdə alış-verişə çıxıb. Bodrumda jurnalistlərin suallarını cavablandıran müğənni bir neçə aydan sonra qız anası olacağını etiraf edib.
"İnşallah hər şey yolunda gedər. Qızımız sağlam şəkildə doğular, böyüyər və vətəninə, ailəsinə xeyirli övlad olar. Hamiləlik gözəldir. Ancaq qızımı tez bir zamanda qucağıma almaq istəyirəm. Günləri saymağa başlamışıq", deyə o, ana olmağın həyəcanını bölüşüb. |