Həftəsonuna kimi ölkə ərazisində dəyişkən buludlu hava davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə zəif dumanlı hava müşahidə ediləcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 10-14° isti olacaq.
Martın 18-də də dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz hava olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 11-16° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 17-də gecə və səhər bəzi yerlərdə duman olsa da, əsasən yağmursuz hava gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Martın 18-də cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.
|