Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
14:39
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
İnternetdən hansı məqsədlə istifadə edirsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 25
Qonaqlar 25
İstifadəçilər 0

  

13:04
Hərbi hissədə ölən əsgərin anası: "Oğlumu incidirdilər"
 
Azərbaycanın Daşkəsən rayonunda Xoşbulaq ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verən dəhşətli hadisənin səbəbləri naməlum olaraq qalır. Xatırladaq ki, iki əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu ölüb, ikisi isə yaralanıb. Sonra isə həmin əsgərlər bir-birlərini güllələyərək öldürüblər. Bununla da ölən hərbçilərin sayı 6-ya çatıb.

ANS-in əməkdaşları hadisənin baş verdiyi hərbi hissənin yerləşdiyi ərazidə olublar. İstintaq qrupu işlədiyindən əməkdaşlarımız hərbi hissənin içərisinə buraxılmayıblar.

Hərbçiləri öldürdüyü iddia edilən 1990-cı il təvəllüdlü əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov sonuncu dəfə oğlu ilə sentyabr ayında görüşüb. B. Əzizovun ANS-ə verdiyi məlumata görə, həmin vaxt çavuş Əzizov məzuniyyətə gəlibmiş. Lakin ata oğlunun hərbi hissədə hansısa probleminin olmasından xəbərsiz olub.

"Hərbi hissədə yaxşı hörməti var idi. Komandirlərindən, əsgər yoldaşlarından razılıqla danışırdı. Elə bir problem olduğunu başa düşməmişəm. Başa düşsəydim, gedərdim ata kimi özümü yetirərdim. Mən bir ata kimi lazım olan instansiyalara müraciət edəcəm", deyə ata Əzizov bildirib.

Təbiətcə sakit olduğu bildirilən Elxan Əzizov atasından fərqli olaraq anasına və bacısına hərbi hissədə problemləri olduğunu deyibmiş. Onlar sonuncu dəfə övladları ilə iki gün əvvəl telefonla danışıblar.

Əsgər Elxan Əzizovun anası Şövqiyyə Əzizova:

- Telefonla danışmışdım. Orda onu incidirdilər. Bilmirəm balamın başına nə oyun gətirdilər, neylədilər ona?

-Axı yoldaşınız deyir incitməyiblər?

-Mənə dedi, mən də heç kimə demədim.

Ailəsinin verdiyi məlumata görə, hadisə zamanı ölən digər əsgər Sadiq Məmmədov, hərbi hissədə Elxan Əzizovla yoldaşlıq edib. Sadiq Məmədovun atası Etibar Məmmədov ANS-ə hələ də hadisənin şokundan çıxa bilmədiyi üçün konkret nəsə deyə bilməyəcəyini söyləyib. Amma istənilən halda o, ortada təhqir faktı olmasını istisna etməyib.

Əsgər Sadiq Məmmədovun atası Etibar Məmmədov:

-Əgər bu, əlinə silah alıb kiməsə -öz əsgərinə, öz komandirinə atəş açıbsa, deməli burda nəsə var. Onların nəyə görə bu hərəkti etmələri çox şübhəlidir. Deməli, zabitlərlə bunların arasında nə isə bir anlaşılmazlıq olub.

Qeyd edək ki, yanvarın 28-də saat 18:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iki əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər bir-birlərini güllələyərək öldürüblər.

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə) 120.2.3-cü (zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hazırda hadisə yerində araşdırma aparır. İstintaqa respublika hərbi prokurorunun müavini Şəfahət İmranov rəhbərlik edir.

Müdafiə Nazirliyinin baş verən hadisə nəticəsində həlak olan və yaralananların adlarını açıqlayıb.

Qətlə yetirilən hərbi qulluqçular;

Yusif Sadəddin oğlu Cumayev 1973. avqust 1990 Şəki RHK
Vasif Miraləm oğlu Sadıxov 1974. iyul 1992 Ağdaş RHK
Anar Ələddin oğlu Quliyev 1985. iyul 2002 Lənkəran RHK
Elgün Loğman oğlu Səmədov 1989. avqust 2007 Hacıqabul RHK

Yaralananlar:

Valeh Məhəmməd oğlu Babayev 1975. avqust 1993 Göyçay RHK
Samir Eyvaz oğlu Abbasov 1985. oktyabr 2008 Daşkəsən RHK

Bir-birlərini öldürən əsgərlər:

Elxan Bəyalı oğlu Əzizov 1990. yanvar 2009 Bakı, Yasamal RHK
Sadiq Etibar oğlu Məmmədov 1991. oktyabr 2009 Bakı Nəsimi RHK

Mənbə : ANS press

Категория: Xeberler | Просмотров: 1126 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
ILKIN yazdıki >> twk ebere gore 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.155
Tarix: 01.07.2011 ,11:20.

0  
 
Məhəmmədəli yazdıki >> TWK 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.28.99
Tarix: 15.06.2011 ,15:17.

0  
 
Leyla. yazdıki >> Allah rehmet elesin 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:93.184.225.185
Tarix: 31.01.2010 ,11:21.

0  
 
SeCReT yazdıki >> Allah rehmet elesin.Olenlerine Allah sebr versin.
Yaralilar ise oz islerinde olsunlar. Unutmasinlar ki ne olursa olsun heyat yasamaga deyer
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.23.127
Tarix: 30.01.2010 ,16:44.

0  
 
Ilqar yazdıki >> ALLAH REHMET ELESIN(Olenlere)
ALLAH SEFA VERSIN(Yarlilara)
xebere gorede thanksyou
 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.42.182
Tarix: 30.01.2010 ,13:14.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Yanvar 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024