Avtobusun altına girən avtomobildə həyatını itirən 5 sərnişinin sənətçinin yaxınları olduğu ortaya çıxdı. 282.clan.su portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ötən gün saat 17.00 – da ( Bakı vaxtı ilə saat 19.00) Türkiyənin Ərzincan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzaya səbəb isə, Kənan Avşarın idarə etdiyi avtomobil Ərzincan-Sivas magistral yolunun 19-cu kilometrliyində Qarsdan İstanbula gedən sərnişin avtobusunun yoluna çıxması olub. Toqquşma nəticəsində, minik avtomobilində olan Yasin Avşar (54), Fatma Avşar (48), Dilək Avşar (18), Bayram Kılıç (18), Kənan Avşar (31) hadisə yerindəcə keçinib. İlkin araşdırmalar zamanı, minik avtomobilində həlak olan 5 nəfərin şəxsiyyətini müəyyən edərkən, onların tanınmış müğənni, aktrisa, tele-aparıcı Hülya Avşarın yaxın qohumları olduğu ortaya çıxıb. |