"Hürriyet"dən şok iddia! "Azərbaycan "Eurovision-2010" mahnı yarışmasını satın alıb" 282: Türkiyənin "Hürriyet” qəzeti "Eurovision-2010” mahnı yarışması ilə bağlı sensasiyalı məlumat yayıb. 282.clan.su xəbər verir ki, qəzet məlumatlı mənbələrə istinadən bildirib ki, mayın 29-da Osloda keçiriləcək "Eurovision-2010”-un nəticələri artıq bəllidir. "Hürriyet”in iddiasına görə, yarışmanın qalibi Azərbaycan təmsilçisi 17 yaşlı Səfurə Əlizadə olacaq. Məlumatda Azərbaycanın birinci yeri aldığı iddia olunur. Qeyd edək ki, ümumiyyətlə S.Əlizadənin bu yarışmada Azərbaycanı təmsil etməsi ilə bağlı müxtəlif məlumatlar dolaşır. Hətta bu işdə onun arxasında ölkənin məşhur oliqarx nazirlərindən birinin durduğu da bildirilir. Azərbaycan "Eurovision” mahnı yarışmasında üçüncü ildir ki, iştirak edir. 2008-ci ildə səkkizinci, 2009-cu ildə isə üçüncü yeri tutub |