Məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən məşhur müğənni İbrahim Tatlısəsin səhhəti barədə mətbuata məlumat verilib. Tatlısəsin yatdığı "Maslak Acıbadem” xəstəxanasının baş həkimi professor Çağlar Çuhadaroğlu müğənninin vəziyyətinin stabil olduğunu, artıq yemək yeməyə başladığını deyib: "Bu günkü müayinə vaxtı müğənninin səhhətində müsbətə doğru irəliləyiş olduğunu müşahidə etdik. Püre və bunun kimi rahat həzm olunan yeməklərdən yeməyə başlayıb. Hərəkətləri hər gün bir az çoxalır. Fiziki müalicə və reabilitasiyası davam edir”.