Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
15:13
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 30
Qonaqlar 30
İstifadəçilər 0

  

14:37
İlham Əliyev: "Azərbaycan 2010-cu ildə böyük uğurlara nail olub"
 
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə xalqa müraciət edib. Dövlət başçısı Azərbaycan xalqını Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Ölkə başçısı 2010-cu ilin Azərbaycan üçün uğurlu keçdiyini və ölkəmizin yola saldığımız ildə böyük uğurlara nail olduğunu deyib. Bizim iqtisadiyyatımız artıb, ölkədə bütün sosial proqramlar öz həllini tapıb, bütün infrastruktur layihələri icra edilib, iqtisadiyyatımız təxminən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artıb, inflyasiya cəmi 5,7 faiz təşkil edib. Ölkəmizə 15 milyard dollar sərmayə qoyulub, valyuta ehtiyatlarımız 20 milyard dollardan 29 milyard dollara qalxıb.

2010-cu ildə sosial sahədə böyük işlərin görüldüyünü qeyd edən dövlət başçısı İlham Əliyev bildirib ki, bu ildə 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilib və təmir edilib, 5 Olimpiya-İdman Mərkəzi tikilib. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi qaldırılıb, ünvanlı sosial yardım proqramı uğurla icra edilir: "Bu, onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və iqtisadiyyatımız tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulub. Ancaq bununla bərabər, güclü sosial siyasət bizim əsas vəzifəmizdir.
2010-cu ildə ölkəmizdə siyasi proseslər müsbət istiqamətdə inkişaf edib. 2010-cu ildə Azərbaycanda parlament seçkiləri şəffaf, ədalətli şəkildə keçirilib. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə öz əksini tapıb. Bu, onu göstərir ki, biz nəinki iqtisadi sahədə çox böyük uğurlara nail olmuşuq, eyni zamanda, siyasi islahatların aparılması işində Azərbaycan çox uğurla inkişaf edir. Bu, bizə imkan verir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkəmiz sözün əsl mənasında, müasir dövlətə çevrilsin və bu istiqamətdə atılmış addımlar bizi ruhlandırır. Xarici siyasət sahəsində 2010-cu ildə böyük uğurlara nail olduq. Bizim dostlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz həm ikitərəfli müstəvidə, həm regional formatda, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparırıq. Beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz artıq oturuşmuş əlaqələrdir, qarşılıqlı hörmət, qarşılıqlı inam, qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlərdir”.

Prezident deyib ki, 2010-cu ildə Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox əhəmiyyətli və ədalətli qətnamə qəbul edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Azərbaycan öz tərəfindən bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa olunsun. Bizim ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt bizim əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Zəngəzur mahalı, digər bölgələr bizim tarixi torpaqlarımızdır. İkinci erməni dövlətinin Azərbaycan torpağında yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt icazə verməyəcək. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağda yaşayan əhali və ora qayıdacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşayacaqlar və bu, məsələnin həlli üçün yeganə variantdır.

Dövlət başçısı 2010-cu ildə ölkədə böyük infrastruktur layihələrin icra edildiyini qeyd edib. Nəqliyyat sektorunda, inşaat sektorunda, elektrik enerjisi güclərinin yaradılması işində böyük və önəmli addımlar atılıb. 2010-cu ildə Bakıda böyük gəmiqayırma zavodu, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi başlanıb. 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatıb. Bu tarixi layihənin həyata keçirilməsi Azərbaycan xalqının, Azərbaycan dövlətinin böyük uğurudur. 2010-cu il Azərbaycanda "Ekologiya ili” elan edilib. Bu təşəbbüsün nəticəsində Azərbaycanda 6 milyondan çox ağac əkilib. Əhalini içməli su ilə təminatına toxunan dövlət başçısı çaylar boyu yerləşən kəndlərdə yaşayan 300 min Azərbaycan vətəndaşının təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təchiz edildiyini vurğulayıb.

Dövlət başçısı 2010-cu ildə iqtisadiyyatımızda aparıcı sahə olan neft-qaz sektorunda da böyük uğurlar əldə edildiyini xatırladıb. Onun sözlərinə görə, ötən il ölkəmizdə 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib. Azərbaycanın çox etibarlı tərəfdaş olduğunu deyən prezident ölkəmizin dünyanın enerji təhlükəsizliyinə töhvə verdiyini vurğulayıb. O, eyni zamanda 2010-cu ildə Azərbaycanda böyük qaz yatağının kəşf edildiyini və bunun dünyada ciddi reaksiya doğurduğunu söyləyib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə dünyada yaşayan bütün soydaşlarımızı bu bayram münasibətilə təbrikində dövlət başçısı bildirib ki, onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü, qüdrətli, müasir, azad Azərbaycan dövləti dayanır. Azərbaycan onların dayağıdır, onların arxasıdır. Onlar da yaşadıqları ölkələrdə Azərbaycanı təmsil edirlər və ölkəmizin maraqlarının təmin edilməsinə gündəlik fəaliyyətləri ilə öz töhfələrini verirlər.

2010-cu ildə ölkəmizdə çox əlamətdar hadisə - Bakıda Dövlət Bayrağı Meydanın yaradılmasını xüsusi vurğulayan prezident İlham Əliyev bildirib ki, bizim bayrağımız bu gün işğal edilmiş torpaqlarda qaldırılmalıdır və qaldırılacaq: "Şuşada, Xankəndidə bizim milli bayrağımız dalğalanmalıdır və dalğalanacaq. Bu günü biz hamımız yaxınlaşdırmalıyıq, bu günə biz hamımız nail olacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan dövləti bundan sonra da ancaq və ancaq inkişaf və tərəqqi yolu ilə gedəcək”.



Категория: Xeberler | Просмотров: 813 | Добавил: Armaqidon | Рейтинг: 0.0/0
Всего комментариев: 10
0  
 
ilkin yazdıki >> duzdu azerbaycan cool yekdi 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.254
Tarix: 20.06.2011 ,09:12.

0  
 
Rovsen yazdıki >> Tesekur 
__________
İstifadəçiəçi Adı:MAKAR_282
İP:178.76.22.178
Tarix: 10.01.2011 ,16:20.

0  
 
fionaaa yazdıki >> baci bizim heyatimiz yalandi bu heqiqet olsa nolacaqeee 
__________
İstifadəçiəçi Adı:fiona
İP:109.237.119.41
Tarix: 05.01.2011 ,19:51.

0  
 
SeCReT yazdıki >> Finona duzdur amma buda bir heqiqetdide. 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.21.68
Tarix: 05.01.2011 ,15:55.

0  
 
fionaaa yazdıki >> baci, eger insanin umidi, inami olmasa insan hec vaxt yasiya bilmez 
__________
İstifadəçiəçi Adı:fiona
İP:91.191.205.185
Tarix: 05.01.2011 ,09:41.

0  
 
ulvi zeynalli yazdıki >> PRinceSS_Of_LOvE,Halaldı Zor Söhbətin Var 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.22
Tarix: 02.01.2011 ,09:34.

0  
 
ulvi zeynalli yazdıki >> Armaqidon,bax burda deyirler ki deli olanın ağlı yoxdu qaqaşş gulmek :gulmek: gulmek Xəbərə Görə Təşəkkür thanks 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.22
Tarix: 02.01.2011 ,09:32.

0  
 
fatinka yazdıki >> He bacisko canli-canli deyir.Gormedin butun kanallarda verdiler. 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.139.47
Tarix: 01.01.2011 ,21:39.

0  
 
Ruslan yazdıki >> laughing-1- laughing-1- PRinceSS_Of_LOvE, zor dedin ee :"2300 da da deyeceyikki Gelen ili Insallah Susada kecirek" 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.86
Tarix: 01.01.2011 ,16:45.

0  
 
SeCReT yazdıki >>
Mene maraqlidir ee yeni ile girende 1 saat danisir ee onu goresen canli canli deyir??
Hmm dogurdan Azerbaycan bu il boyuk ugurlara nail olub amma Susa Kelbecer onlari unutsun.Cunki hec Artir ermeniler yaziblarki alinan mallar geri qaytarilmir.Hemdeki texminen 20 ildir ki torpaqlar igsaldir.Ve her ilde унтш arzu umidle baslayiriq teze ile.Bele getse 2300 da da deyeceyikki Gelen ili Insallah Susada kecirek..
Tesekkurler muellifkaya
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.20.78
Tarix: 01.01.2011 ,16:19.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Yanvar 2011  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024