Odessada maraqlı hadisə baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Taturinsk rayonunun Aleksandrovka kəndində Roza ləqəbli inək sahibinin tövlədə gizlətdiyi bir neçə min dollar pulunu yeyib.
Məlumata görə, ev sahibi olan iki qardaş yeni ev tikmək üçün pul toplayıblar. Onlar hətta bunun üçün öz qonşularının evini belə soyublar.
Yerli polis əməkdaşlarının sözlərinə görə, inək oğurlanan pulun iki min dollarını yeyib. Pulun 5 min dollarını isə başqa şəxslər oğurlayıblar.