
Havaların bürkülü və isti keçməsi, təbii ki, orqanizmdən asılı olaraq, hərəyə bir cür təsir edir. Orqanizm günün yorğunluğunu yuxuda çıxardır. Havanın isti olması isə rahat yatmağa imkan vermir. Bəs isti havalarda rahat yatmaq üçün nələri bilməliyik?
Şirin yuxumuza haram qatan nələrdir?
İnsan orqanizmi elə mürəkkəbdir ki, bədənin temperaturu normadan aşağı və yuxarı olanda problemlərə gətirib çıxarır. Normal bədən temperaturu 36,6 dərəcədir. Temperatur 35-ə enmişsə, deməli donuruq, 37-40 arasıdırsa, deməli, xəstələnmişik.
Mütəxəssislər ideal yuxu üçün 18-22 dərəcə istiliyin uyğun olduğunu araşdırıblar. Rahat yatmaq istəyənlərin isə xüsusilə işıqlı yerlərdən kənar durmaları məsləhət görülür. Deməli, xüsusilə, yayda, 30-40 dərəcədən də çox istidə rahat yatmaq üçün müəyyən qaydaları bilmək lazımdır. Mütəxəssislərin gəldiyi nəticə belədir:
-Səs-küydən qaçın. Rahat yatmaq üçün səs-küyün maksimum dərəcə içərisində eşidilməsinə mane olun. Otağınızdan səsli cihazları çıxardın. Səs-küyü eşitməməyin ən yaxşı yolu isə qulaqcıqlardan istifadə etməkdir.
-İşiq və elektrik cihazları yuxunu pozur. Yatmazdan əvvəl otağınızın işığını söndürün, pərdələri bağlayın. İşıqlı havada insan narahat yatır.
-Çox yeməyin. Həddindən artıq yağlı və şəkərli yeməklər yuxuya mane olur. Yemək ilə yatmaq arasında ən azı, 3 saat fərq olmalıdır.
- Su insanı rahatladır. İstidə sərinləmək üçün bol su içmək məsləhətdir. Hər bir insanın gündəlik suya olan tələbatı 1,5-2 litrdir. |