Fuad Qəhrəmanlı ilə Hüseynbala Mirələmov bir-birini ağır sözlərlə təhqir etdilər Bu gün İTV-də 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədlərin çıxışı zamanı ciddi qalmaqal yaşanıb. Hətta vəziyyət o yerə çatıb ki, namizədlərdən ikisi bir-birini ağır sözlərlə təhqir ediblər. 282.clan.su-nun məlumatına görə, pulsuz efir vaxtından istifadə edən AXCP-Müsavat blokunun vahid namizədi Fuad Qəhrəmanlı hakimiyyəti tənqid etdikdən sonra dünən İTV-də Əli Kərimlinin əleyhinə danışan şəxsləri «binamus» adlandırdı. «Dünən bu studiyada Əli Kərimlini təhqir edənlərin özləri binamus, şərəfsizdirlər». Bu açıqlamanın ardından YAP-ın namizədi Hüseynbala Mirələmov üzünü Fuad Qəhrəmanlıya tutaraq, «sənə heç kim haqq verməyib ki, başqalarını binamus adlandırasan. Binamus Əli Kərimlidir» dedi. Bu sözlərə dözməyən Qəhrəmanlı da buna cavab olaraq Hüseynbala Mirələmova analoji sözlər söylədikdən sonra mərəkə qopdu. Fuad Qəhrəmanlı: - Şərəfsiz sənsən. Binamus sənsən. Hüseynbala Mirələmov: - Şərəfsiz sənsən, Əli Kərimlidir, sənin atandır. Sənin mənəviyyatın Əli Kərimli səviyyəsindədir. Fuad Qəhrəmanlı: - Ən böyük şərəfsiz sən özünsən. Binamus da sənsən. Mübahisə daha da qızışaraq, həddini aşdı. Və Hüseynbala Mirələmov Fuad Qəhrəmanlının atasını belə söyyməyə başladı. Verilişi aparan spikerin israrlı cəhdlərinə baxmayaraq, sakitliyi bərpa etmək mümkün olmadı. Studiyaya daxil olan mühafizəçilər Fuad Qəhrəmanlını oradan çıxardıqdan sonra ortalıq sakitləşdi. Xatırladaq ki, İTV-nin efirindən dünən AXCP sədri Əli Kərimlinin ünvanına ittihamlar səsləndirənlər deputatlığa namizəd Əhəd Abıyev və Hafiz Hacıyev olub. |