Главная » 2010»Yanvar»5 » İnformasiya axınının insan beyninə mənfi təsiri
17:08
İnformasiya axınının insan beyninə mənfi təsiri
Alimlərin son araşdırmalarına görə informasiya axını insan beyninin kütlə və həcmcə böyüməsinə səbəb olur. Nüfuzlu Oxford universitetinin alimi Koln Blekmar uzun müddətli araşdırmaların nəticəsi olaraq bu fikri təsdiqləyib və bildirib ki, son zamanlarda insanların informasiya axınına məruz qalması beynin tədricən böyüməsinə səbəb olur. Koliforniya universitetinin alimi Rocer Boon isə bildirib ki, müasir dövrlə əlaqədar olaraq insan beyni gün ərzində 100000 söz, başqa sözlə desək 34gb tutumunda informasiya mənimsəyir və bu informasiya iş fəaliyyətindən əlavə olaraq, gün ərzində televiziya programları, qəzet, jurnal və daha çox internet vasitəsilə mənimsənilir. Alimlər onu da bildiriblər ki, beynin həcm və kütləsinin bu cür artması insan beynində yeni hüceyrələrin əmələ gəlməsinə səbəb olur və insanlarda dərin düşünmə qabiliyyətinin azalması ilə nəticələnir.