İngiltərəli qadın ərinin ölümündən iki il sonra ondan hamilə qalıb. Hamiləlik süni mayalanma yolu ilə baş tutub. Belə ki, Qaret adlı kişi 2008-ci ildə sümük xərçəngindən ölüb. Xəstəliyinə yoluxduğunu bilən kimi cütlük onun spermalarını dondurmaq qərarına gəlib. Bir müddət müalicə edilən qadın ötən həftə nəhayət ki, arzusuna çatıb. "Bunu çox istəsəm də mənim üçün əsl sürpriz oldu. Uşağımızın adını da ərim ölmədən öncə müəyyən etmişdik”, deyə gələcək ana bildirib.
|