Psixoloqların hesablamalarına görə, qadınlar gün ərzində bir neçə dəfə sevdiklərinin onları aldatdığını düşünürlər. Və çox zaman yanlış illüziyalarla özlərinə əzab verirlər.
Xəyal 1: Kişilər nikahda xoşbəxt olmadıqlarına görə xəyanət edirlər
Kişilər üçün bu əsas səbəb olmaya da bilər. Bir çox xoşbəxt ailələrdə kişi kənarda eşq macərası yaşamaqdan imtina etmir, əgər düşünürsə ki, bu haqda heç kim bilməyəcək. Son sorğuların nəticələrinə görə, həyat yoldaşına xəyanət edən kişilərin 56%-i ailə həyatında çox xoşbəxt olanlardır.
Xəyal 2: Kişi və qadın arasında dostluq həmişə eşqlə bitir
Burada yanlış fikir ondadır ki, qadınlar elə düşünürlər, kişilər dostluğu sevgi hisslərinə çevirmək istəyir. Amma psixoloqlara görə, məhz qadınlar dost münasibətlərini fərqli tərəfə çəkirlər. Çünki qadınlar daha emosionaldırlar və özlərinə potensial sevgilini dostlarının arasından axtarırlar. Bu, qadın üçün daha təhlükəsiz variantdır.
Xəyal 3: Bir çox hallarda xəyanət yeni təcrübədir
Qadın düşünür ki, əri ondan bezib, yorulub və yeniliklər axtarışındadır. Kişi də çox zaman kənarda nə axtardığını, onu nəyin cəlb etdiyini anlamır. Xəyanət edən tərəf bu haqda heç düşünmür də. Bəzi kişilər uşaqlıqda, bəziləri gənclikdə məhrum olduğunu axtarır. Ona görə qadınlar bilməlidirlər ki, əgər kişi xəyanət edirsə, buna səbəb siz yox, özləri də bilmədikləri bir şeydir.
Xəyal 4: Əgər o xəyanət edirsə, deməli sevmir
Bu, belə görünə bilər, amma həqiqətdə belə deyildir. Bu o deməkdir ki, həyat yoldaşınız sizə lazımi qədər hörmət etmir. Ona görə də nikaha girməmişdən öncə sizə sədaqət andı verdiyini unudub. Bəzi kişilər isə xəyanət etdikləri zaman həyat yoldaşlarını daha çox sevirlər. Çünki onları hər an itirməkdən qorxurlar.
Xəyal 5: Xəyanətdən sığortalanmaq olar
Xəyanətdən heç bir qadın, hətta dünyanın ən gözəl xanımı belə sığortalana bilməz. Bəs nə etməli? İlk növbədə, həyat yoldaşı seçərkən düzgün seçim etmək lazımdır. İkincisi, ərinizi həmişə xoşbəxt etməyə çalışın. Nikahınızın ilk illərində xoşbəxt olmaq o demək deyil ki, bu xoşbəxtliyiniz ömür boyu davam edəcək.
Xəyal 6: Əgər o məndən əvvəlkinə xəyanət edibsə, mənə də edəcək
Bu fikir demək olar ki, tam həqiqətdir. Əgər o, əvvəlki həyat yoldaşına xəyanət edib və öz hərəkətinin yanlış olduğunu dərk etməyibsə, sizi də xəyanət gözləyir.
Xəyal 7: Xəyanət haqda həmişə bilmək lazımdır
Əgər xəyanət barədə əvvəlcədən bilir və ya şübhələnirsinizsə, bu artıq sizin xeyrinizədir. Bu halda nikahınızı qorumağa şansınız çoxdur. Psixoloqlar qadınlara ərlərinin xəyanəti haqda bildiyini söyləməməyi məsləhət görürlər. Qoy o düşünsün kİ, siz heç nə bilmirsiniz. Bu yolla onun dönüşü daha tez və emosional baxımdan daha asan olacaq.
Xəyal 8: Əgər xəyanət barədə heç kim öyrənməyibsə, demək bu, xəyanət deyil
Düşünün ki, həyat yoldaşınız sizə nə vaxtsa xəyanət edib, amma siz bu haqda heç nə bilməmisiniz. Onda bunu xəyanət saymaq olar? Siz bu barədə heç nə bilməsəniz də, o, ömrü boyu vicdan əzabı çəkəcək.
Xəyal 9: Əgər intim əlaqə olmayıbsa, bu xəyanət hesab olunmur
Emosional xəyanət - bu, iki insan arasındakı plotanik dostluqdan romantik məhəbbətə keçən dərin əlaqədir. Bu, nikahda ən pis xəyanət hesab olunur. Bu hal daha təhlükəlidir. Onu ailəyə qaytarmaq sizdən böyük "ustalıq" tələb edəcək.
Xəyal 10: Kimsə haqqında düşünməklə xəyanət etmiş olursunuz
Psixoloqlara görə, uzun müddət evli olan cütlüklər arabir başqaları haqqında fantaziya edə bilərlər. Beyində xəyanət yataqda xəyanətdən daha yaxşıdır. Həm də güclü fantaziya sönmüş hisslərinizi oyada bilər. Amma digər qrup mütəxəssislər düşünür ki, seksual fantaziyalar real xəyanətə yol açır.
|