Dünyadan minlərlə kilometr uzaqda olan kosmonavtlar artıq ev yeməkləri yeyəcək. Almaniyanın tanınmış aşbazlarından biri onları donmuş qidalardan qurtarıb. Harald Vohlfart adlı şəxs kosmonavtlar üçün püre, dana əti, şorba və ərik şirəsindən ibarət menyu hazırlayıb. Kosmosda dad dəyişmə duyğusu dəyişdiyi üçün aşbaz bu problemə də çarə tapıb. Belə ki, o hazırladığı yeməklərin duzunu və ədviyyatını artıq edir. Yeməklərin günəş energisi almadığı üçün onlarda əlavə D vitaminindən istifadə edilib.
Artıq yeməklərin ilk hissəsi açıq kosmosa göndərilib. Konserv halında göndərilən yeməklər kosmik stansiyada 195 dərəcəlik sobada qızdırıldıqdan sonra istifadə edilir.
Qeyd edək ki, Vohlfartın restoranı dünyanın ən yaxşı restoranları siyahısında 23-cü sırada yer alıb.
|