Külək bir gözəl çiçəyə rast gəlir və aşiq olur. Külək ona incə yanaşdıqca çiçək də küləyə rəng və ətirlə ifadə olunan daha böyük sevgiylə cavab verirdi. Ancaq bu küləyə az göründü və o, qərar qəbul elədi:'Əgər mən ona məhəbbətimin bütün gücünü göstərsəm, o da mənə daha çox ətir bəxş edər.' Beləliklə o, çiçəyə öz məhəbbətinin var qüvvəsi ilə üfürdü. Amma çiçək güclü ehtirasa tab gətirməyib qırıldı. Külək çox çalışdı ki, sevdiyini qaldırıb diriltsin, lakin bacarmadı. Sakitləşib sevginin incə mehi ilə əsdi. Ancaq çiçək getdikcə solurdu. Bu zaman külək bağırdı: -Mən sənə öz məhəbbətimin bütün gücünü verdim, sənsə sındın Deməli sən məni sevmirdin. Lakin çiçək cavab vermədi. O ölmüşdü...
Sevən bilməlidir ki, sevgini güc və ehtirasla ölçmürlər. Sevginin əsl göstəricisi nəvaziş və düşüncədir. Bir dəfə sındırmaqdansa, on dəfə səbr etmək yaxşıdır.
Anonimyazdıki >> Qaqulya gəl o pis rol varaaaa Külək rolu o rol sən ol elə kopya onun kimi ziyan edənsən hər şeyə. Yazıq çiçəyidə özün tap kimi istəyirsən qoy.......
fatinkayazdıki >> Merve cox tesiredicidire.Tesekkur edirem. Axirinci Cumle menim cox xosuma geldi :Bir dəfə sındırmaqdansa, on dəfə səbr etmək yaxşıdır.