Amerikalı müğənni Ledi Qaqa Yaponiyadakı zəlzələ və sunamidən zərərçəkənlər üçün 250 min dollar yığıb. Sosial şəbəkə olan "Facebook”da təxminən 30 milyon pərəstişkara sahiblənən, "Twitter”də 8 milyon izləyicisi olan Ledi Qaqa zəlzələdən 3 gün sonra üzərində qırmızı rəngdə ingilis və yapon dillərində "Yaponiya üçün dua edirik" yazılı ağ bilərzikləri 5 dollardan satışa çıxarıb. Hazırladığı bilərzikləri sataraq 2 gündə 250 min dollar yığan Ledi Qaqa "Twitter” səhifəsində "Yaponiyaya kömək üçün 48 saatda 250 min dollar yığdıq. Kömək etmək vacibdir" yazaraq pərəstişkarlarına səslənib. Vokalisti yapon əsilli (Mike Şinoda) amerikalı rok qrupu "Linkin Park” üzərində mahnılarının adı olan "Tək deyilsiniz" yazılı idman köynəyini kömək üçün satışa çıxarıb. Hip-hop qrupu "Black Eyed Peas"da yeni video kliplərinin sonunda nümayiş etdikləri bir mesajla, pərəstişkarlarının kömək etməsini istəyib.