Deyil” demək təkcə inkar etmək, yox etmək, razılaşmamaq deyil, təkcə başqasını axtarmaq, yenidən başlamaq deyil. Həm də başını bulayıb susmaqdı. "Deyil” – "… deyil”dir, amma bu "deyil” nəyə "deyil” deyir, nəyi deyilləyir? Bu, sirr qalır… "Deyil”-dən bəzi misralar… "Qurban olum, bərk-bərk geyin, sonra gəl”. "Bir yataqda yatmaq mühüm deyil əzizim, eyni yuxunu görmək mühümdü”. "Axı niyə qaranlığıma günəş atıb qaçırsız, Niyə sakitliyimə sataşırsız?” "Kərpicləri dağıdılmış şəhər kimiyəm bu səhər” "Bir qələm, bir də kağız tapdım, Tələsiy adını yazıram.” Əli Xəyyam bu şeirləri deyir, yazmır. Ona görə də bir sıra hallarda o, yazı dili ilə danışmır. Başqa sözlə, demək istəyir məni oxuyarkən, məni eşidin. J.Derridanın "différence” sözünü bilərəkdən yanlış olaraq "différance” yazması kimi. Ənənəvi dili pozan şairlik ya da filosofluq ədəbi dil normalarını əzbərləyib dilin keşiyində dayanan redaktorluqdan qat-qat yararlı işdir. Pozusuz yazı olmaz. Əli Xəyyam hayku (hokku) üslubunda yazdığı "Yalnız misralar” yazmaqda da özünü sınayıb. Məsələn, "Sən gələndə ağac idim, Sən getdin kitab oldum.” Buyurun, "O”nsuzluqdan doğan şeirlər kitabı. "Ali & Nino” kitab mağazaları şəbəkəsindən əldə edə bilərsiniz…
|