SƏN MƏNİM TƏKLİYİMİ ALDIN ƏLİMDƏN, TƏZƏDƏN TƏKLİYƏ DÜÇAR EYLƏDİN. ÖZÜN KÖVRƏKLİYİN... ALIB ƏLİMDƏN, ÖZÜN KÖVRƏKLİYƏ DÜÇAR EYLƏDİN...
ÖMRÜMÜN, GÜNÜMÜN BU QÜRUB ÇAĞI, RUHUMDA BAHARI GÖYƏRDƏ BİLDİN. KÖNLÜMDƏ QARALAN ODU, OCAĞI, TƏZƏDƏN YANDIRIB KÖZƏLDƏ BİLDİN.
TƏZƏDƏN AÇILDI QOLUM, QANADIM, TƏZƏDƏN OD SALDIM SƏNİN ODUNDAN. HƏTTA SAÇLARIMA MƏHƏL QOYMADIM, HƏTTA YAŞ HƏDDİ DƏ ÇIXDI YADIMDAN.
QƏLƏMİ DƏFTƏRİ QOYDUM BİR YANA, AZ QALA İLHAMI YADDAN ÇIXARTDIM. SƏPDİM GÜLLƏRİMİ AYAQLARINA, ADINLA OYANDIM, ADINLA YATDIM...
DEMƏ BU MƏHƏBBƏT,DEMƏ BU SEVGİ, ÖTƏRİ HİSS İMİŞ, ÖTƏRİ HƏVƏS. YOX İMİŞ TƏMƏLİ, YOX İMİŞ KÖKÜ, DƏYƏRİ BİR QARA QƏPİYƏ DƏYMƏZ.
ÖZÜN BU SEVDAYA SÖVQ ETDİN MƏNİ, SONRA ÖZ ƏLİNLƏ ÖZÜN DAĞITDIN, ÖZÜN HİCRANA ÖYRƏTDİN MƏNİ, ÖZÜN BU KİTABI AÇDIN, BAĞLADIN.
ÖZÜN DƏ AXIRDA DANDIN SÖZÜNÜ, O ANDLAR, AMANLAR DE, HARDA QALDI? SƏN GƏLDİN, YOLLARDAN ÇƏKDİM GÖZÜMÜ, SƏN GETDİN, GÖZLƏRİM YOLLARDA QALDI...
YENƏ DƏ TUŞ OLDUM QƏMƏ ƏZİZİM, SOLDU BAĞÇALARIM, SOLDU BAĞLARIM. TƏNHALIQ ÖLÜMMÜŞ DEMƏ, ƏZİZİM. MƏN NECƏ YAŞAYIM ÖLÜ GÜNLƏRİ? |