Onunla bağladım hər bir sözümü, Düz açdım həmişə ona gözümü, Bəzən qurban verdim ona özümü... Gördüm... xəyallara daldı məhəbbət.
Məni nə günlərə saldı məhəbbət???
Daim məndən qabaq durdu ayağa Baxdığım qızlara qoydu qadağa Bilməm... nə üçün məni verdi qabağa Özü yarı yolda qaldı məhəbbət...
Məni nə günlərə saldı məhəbbət???
Məhəbbət ki, vardır Bir ağır yoldur Gündə neçə dəfə boşaldı... doldu... O qədər suallarım cavabsız qaldı Nə biləydim axi laldı məhəbbət?
Məni nə günlərə saldı məhəbbət???
Onun üçün puç olur arzu, dilək də Dumana sövrülür adi külək də Onsuzda qardaşım, hər bir urəkdə Silinməz ləkədi, xaldı məhəbbət
Məni nə günlərə saldı məhəbbət???
Söyləyin ki, ondan kim xeyir görüb? Bahadır, Sonamı, Şahsənəm, Qərib? Fərhad Şirin üçün dağları hörüb, Külüngü boçuna çaldı məhəbbət
Məni nə günlərə saldı məhəbbət???
Geyinir kecinir gündər bir donu Qandır, Faciədir, Dəhşətdir sonu Saldı səhralara bədbəxt məcnunu Leylisin əlindən aldı məhəbbət
Məni nə günlərə saldı məhəbbət???
Gənc idim, bilmirdim o nətərimiş Sən demə qəm dolu, dərdmiş, qəhərmiş And olsun Allaha Acı zəhərmiş... Mən elə biliridm baldı məhəbbət
Məni nə günlərə saldı məhəbbət???
|