Главная » 2010»Avqust»14 » Məsciddə qız sevən mollaya qarşı cinayət işi açıldı
13:19
Məsciddə qız sevən mollaya qarşı cinayət işi açıldı
Göyçayda məsciddə əxlaqsız işlərlə məşöğul olan mollaya qarşı cinayət işi açılıb
Bu barədə baş Prokrurluqdan məlumat verilib. Məlumatda bildirilib ki, rayon prokurorluğu tərəfindən aparılmış araşdırmalarla 29 iyul 2010-cu il tarixdə Göyçay şəhərinin Yuxarı məscidinin məscid-mədrəsə kompleksinin binasında həmin məscidin dini icmasının sədri Babayev Əsgər Nadir oğlunun Göyçay şəhər sakini Cəfərova Laləyə (ad və soyad şərti verilir) qarşı zor tətbiq edib sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri törətməsi müəyyən edilib və həmin faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə rayon prokurorluğunda istintaq davam etdirilir.