Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
18:31
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytimizin açilmağini necə qarşilayirsiz?
[ Netice · Diger ]
Cavablar: 67

Мини-чат

Статистика

Saytda Olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0

  

11:34
Maraqlı faktlar
 
 

10 yer: Ərəb rəqəmləri ərəblər tərəfindən yaradılmayıb.Əslində o Hindistandan götürülmədir.Ərəblər ancaq onun formasınndan istifadə ediblər.

9 yer: Poker heç də amerikan oyunu deyil.İlk dəfə o qədim İranda 3000 il əvvəl yaranıb.Oyun tuz adlansa da bütün əsas kombinasiyaları özündə cəmləşdirib.Hələ o vaxtdan oyunda əsas üsul kimi blefdən istifadə olunub.Bu oyun Avropaya xaç yürüşünə çıxanlar vasitəsilə gətirilib.


8 yer: Məğlubedilməz Armadanın məhvi İspaniya üçün deyildiyi qədər də faciəli olmayıb.Əslində bunun nəticələri ispanlar üçün acınacaqlı deyil,çünki bir neçə ildən sonra onlar yeni gəmilərdən istifadə etməyə başlayıblar.15 ildən sonra isə Amerikadan o qədər qızıl və gümüş gətiriblər ki müqayisə etmək belə gülünc olardı.


7 yer: Təbabət yalnız orta əsrlərdə deyil,son zamanlara qədər də bərbad vəziyyətdə olub.XlX əsrin sonlarında xəstə üçün xəstəlikdən çox həkim təhlükəli hesab edilirdi.1910-cu ilin statistikasına görə orta hesabla xəstənin sağalması və ya səhhətinin yaxşılaşması üçün 50 faiz şansı olurdu.Ancaq güclü orqanizmə malik olan insanlar həkim mualicəsi nəticəsində sağala bilirdilər.

6 yer: Motsart heç də bütün həyatı boyu kasıblıq və yoxsulluq içərisində yaşamayıb.Əslində o çox yaxşı qonorarlar alıb.Bir saat fortepiano dərsi üçün 2 qulden haqq kəsib.Müqayisə üçün bildirək ki,onun xidmətçisi bir il üçün 12 qulden zəhmət haqqı alıb.Bir konsert çıxışı üçün isə 1000 quldendən aşağı qiymətə razılaşmayıb.


5 yer: Konveyeri Henri Ford kəşf etməyib.Hələ 1902-ci ildə,yəni ki,Fordun ilk modeli hazırlanmamışdan 6 il əvvəl onu rəqibi Olds bu üsuldan –konveyer usulundan istifadə edib:onun zavodunda sexlərdə maşınlar ağacdan düzəldilmiş arabalarda belə hərəkət edib.Olds-ın fabrikində ildə 2500 avtomobil istehsal olunurdu.


4 yer: Napaleon Rusiya ilə müharibəni heç də şaxtalı qışa görə uduzmayıb.Əslində həmin ərəfədə Rusiyada hava həmişəkindən mülayim olub.Müşahidəçilərin dediyinə görə orta temperatur oktyabrda 10 dərəcə,Riqa və Reveledə isə -7 dərəcə olub.Napaleon strateji səhvlərinə görə müharibəni uduzub.


3 yer: İmza əvəzinə xaç formasının çəkilməsi heç də savadsızlıqdan irəli gəlməyib.Yüz illər boyunca savadlı və təhsilli avropalılar əvvəl xaç şəkli çəkib sonra da tam adlarını yazıblar.XVl-cı əsrdən sonra allahın adına xas işarəni belə işlətməyi düzgün hesab etməyən insanlar təkcə oz inisiallarından istifadə etməyə başlayıblar.


2 yer: Başın dərisinin soyulması hinduların fikri olmayıb. Bi Şərqi Sibir əhalisinin və skiflərin adətlərinə daxil olub-qələbə şərəfinə başın dərisini soyublar.Amerika hindularının belə qəddarlıqları müşahidə edilməyib.Hətta bəzi tarixçilər ağ dərili adamların gəlişinə qədər hindularda belə adətlərin olmadığını iddia edirlər.Çünki məhz ağ dərili adamlar öz düşmənlərinin başının dərisini soyublar ki mükafat almaq üçün skalp təqdim edə bilsinlər.

1 yer: Azadlıq heykəli heç də Nyu Yorkda yerləşmir.Nə şəhərində,nə də ki ştatında.Azadlıq adası (Liberti Aylend) coğrafi mövqeyinə görə Nyu Cersi ştatına aiddir.
Категория: Meqaleler | Просмотров: 802 | Добавил: fiona | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
ilkin yazdıki >> TWKLER 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.254
Tarix: 20.06.2011 ,09:51.

0  
 
Məhəmmədəli yazdıki >> tesekkurler 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.59.19
Tarix: 22.03.2011 ,12:19.

0  
 
fatinka yazdıki >> Bele weyler coox xowum gelir.Az da olsa bir wey miwey oyrendim.Tewekkur 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:91.135.250.137
Tarix: 24.08.2010 ,19:02.

0  
 
rihanna yazdıki >> onsuzda sen iki-uc kelme bir sey oyrensen canin cixardee
kitab oxumursan hec olmasa bele yerlerden oyren
 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.237.125.62
Tarix: 24.08.2010 ,15:36.

0  
 
Ilqar yazdıki >> thanks 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.55.82
Tarix: 23.08.2010 ,21:44.

0  
 
ulvi zeynalli yazdıki >> Müəllifə Təşəkkür Maraqli xəbərə oxşayir...oxumaga həvəs yoxduyeee. thanks 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:93.184.227.2
Tarix: 23.08.2010 ,19:04.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Avqust 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024