Mənə sən lazımsan, Dinlə məni sevdiyim, Bu xəstə ürəyimə təbib sənsən, Dərmansan. O şirin gülüşünlə Günü- gündən həsrətinlə sızlayan; Coşan zaman dağa-daşa çırpınan, Dəniz kimi çağlayan; Qəfəsdəki o çarəsiz quş kimi İçin-için ağlayan ürəyimə lazımsan. Sən mənim yaşadığım bu həyata mənasan. Tamahkardır bu ürək, neyləyim? Bir tək sevginə möhtac, Bir tək eşqin üçündür ac. Süzülübdür bu can bil ki, lap başdan-başa Axı sənsən yaşamamçün bir tək güc, bir tək əlac. Yarpağı qısqanıram, Gör necə sevir gülü?! Günəşi qısqanıram, Tənha qoyarmı günü?! Pərvanədir, dolanır sənin başına hər an Nə olaydı, gecələr, meh yerinə, sən olasan, Saçlarımı oxsayan, bu telimi qoxlayan. Zalım olma nə olar, Gəl cavab ver könlümə! Hicranda qoyma məni, Sənsiz yetim bu sevgi, bil, son verir ömrümə, Gəl, tənha qoyma məni! Mənə sən lazımsan. Duyğulu baxışınla, İçimi titrədən həssas danışığınla Məni yaşadanımsan, eyni zamanda isə, Canımı alanımsan. Bir diqqət yetir canım Sən mənim gözlərimə, Kim var orda əzizim, Bir sənsən bir də ki sən?! Səndən heç vaxt dönmərəm, Sən mənim gərəyimsən!!! |