-Soğanlı pizza
4 soğan
1 yumurta
Duz
3 x.q. qarğıdalı unu
2,5 stəkan holland pendiri
Xəmir üçün:
1-1,5 stəkan su
Lazım olan qədər un
1 x.q. bitki yağı
Soğanlı içlik: soğanları soyub 0,5 sm qalınlığında halqalar şəklində doğrayın. Yumurta ilə duzu çəngəllə çırparaq üstünə qarğıdalı unu əlavə edin. Bunu soğanların üstünə töküb yaxşı qarışdırın.
Xəmir: unu su və bitki yağı ilə yoğurub dairəvi formada açın. Üstünə soğanları, holland pendirini töküb 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
-Almalı strudel
3 alma
1 stəkan şəkər tozu
Yarım stəkan su
1 stəkan döyülmüş qoz
Yarım stəkan fındıq
Yarım stəkan kişmiş
1 ç.q. darçın
Xəmir üçün:
150 q əridilmiş marqarin
1 stəkan şəkər tozu
1 yumurta sarısı
1 stəkan süd
1 yumurta ağı
Üstü üçün:
Şəkər kirşanı
Almaların qabığını soyub kub şəklində doğrayın. Şəkər tozu və su ilə suyunu çəkənə qədər bişirin (5-10 dəqiqə). Qoz, fındıq, kişmişi əlavə edib 1-2 dəqiqə də bişirin. Ocaqdan götürüb darçın əlavə edin.
Xəmir: marqarin, şəkər tozu, yumurta sarısı, südlə yumşaq xəmir hazırlayın. Xəmiri 4 bərabər hissəyə ayırıb 1 sm qalınlığında açın. Üstünə almalı içliyi qoyub yayın və rulon şəklində bükün. Yağlanmış listə qoyub üzərinə yumurta ağı sürtün və 165 dərəcə sobada 30-35 dəqiqə bişirin.
-Çardaq kababı
0,5 kq xırda doğranmış quzu əti
2 soğan
4 diş sarımsaq
2 pomidor
3 yaşıl bibər
2/3 stəkan süd
5 x.q. un
1 yumurta
1 x.q. kərə yağı
100 q holland pendiri
1 ç.q. tomat
Duz, istiot
Əti soğan, sarımsaq, pomidor və bibərlə qovuraraq bişirin. Duz, istiot və kərə yağı əlavə edin. Digər tərəfdə un, yumurta və südü yaxşı çırpıb blin xəmiri halına gətirin. Bir tavanı yağlayıb xəmirdən bir çömçə oraya tökün və hər iki tərəfini qızardın. Sonra blinin içinə bişirdiyiniz ətdən qoyub boxça formasında bükün və tərsinə çevirib boşqaba düzün. Sonda blinlərin üzərinə holland pendiri əlavə edin, 180 dərəcə sobada pendirlər əriyənə qədər bişirin.
-Portağal mürəbbəsi
1 kq qalın qabıqlı portağal
6 stəkan şəkər tozu
3 stəkan su
2 x.q. limon duzu
Bir qaba suyu töküb qaynadın və üzərinə portağalları əlavə edin. Bir az yumşalanda portağalları çıxarıb qabıqları ilə birlikdə xırda-xırda doğrayın. Başqa bir qabda 3 stəkan suyla şəkər tozunu qaynadın. Portağalları bu şəkərli suya salın. Qatılaşanda limon duzu əlavə edin. Bir az da qaynadıb soyumağa qoyun. Hazır mürəbbəni bankalara doldurun.