İspaniyanın Barselona şəhərində keçirilən dünya mobil konqresində ("Mobile World Congress") gözlə idarə edilə bilən telefon nümayiş etdirilib. Telefon Yaponiyanın "NTT DoCoMo"nun şirkəti tərəfindən hazırlanıb. Qulaqcıq prototipi sensor ekranlı telefonları geridə qoya biləcək yeni telefonda sadəcə gözlərin hərəkəti ilə danışıla, musiqi dinlənilə bilər.
Telefonun qulaqcıqlarına yerləşdirilən xüsusi elektrodlar vasitəsilə işləyir. Belə ki, bu elektrodlar göz hərəkətlərini hiss edir. Bunu sayəsində göz bağlı olsa belə, telefon işləyə bilir. Danışıqdan əlavə mobil telefonun istifadəçiləri onun yaddaşındakı mahnıları aça, onları sağa-sola hərəkət etdirə və ya dayandıra bilər.
Şirkətdən verilən açıqlamada gözlə işləyən cib telefonun hələlik hazırlıq mərhələsində olduğu bildirilib.
|