"Le Monde"a istinadən bildirir ki, Paris Universitetində mobil telefonların qadın orqanizminə təsiri ilə bağlı araşdırmalar başa çadıb. Məlum olub ki, smartfonlarının ekranlarında inmormasiyanın oxunmasına çox vaxt ayıran qadınlarda əvvəl qırışlar yaranır.
Professor Jan-Jui Sebonun sözlərinə görə, baxışların uzun müddət mobil telefonun kiçik displeyində cəmlənməsi qadınları qaşları çatmağa vadar edir və bunun nəticəsində qaşlar arasında dəri qatları yaranır. Əzələlər bu vəziyyəti "yadda saxlayır" və kosmetoloqların "kədər qırışı" dedikləri qırış gün keçdikcə daha da böyüyür. |