İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq. B.Dizraeli
Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə ragmən sevirlər. V.Hüqo
Hər bir sevgi əbədi olmaq istəyir. E.M.Remark
Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı? İ.V.Höte Sevgi hər zaman dünyaya həddən artıq dar baxış deməkdir. F.Bekon
Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. H.Heyne
Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. P.Bruast
Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var. A.Avqustin
Hamımız məhəbbər üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir. B.Dizraeli
Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur. F.Dzerjinskiy.
Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun. Volter
Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər. V.Hüqo
Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır. H.Senkeviç
Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır. B.Şou
Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. H.Heyne
Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır. M.Qorkiy
Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz. M.Qorkiy
Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. F.Laroşfuko
Tale insana qarşı nə qədər qəddar olsada, insan nə qədər tərk edilmiş və tənha olsada, hər zaman, bəlkədə ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. H.Lonqfello
Sevir, çünki sevir, sevmir, çünki sevmir – hisslərin və ehtirasların məntiqi qısadır. A.Hersen
Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçündeyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir. Aristotel.
Dostluqdada, sevgidədə əvvəl-axır hesablaşmaq vaxtı gəlir. B.Şou
Həyat - çiçəkdir, sevgi isə - onun şirəsi. V.Hüqo
Məhəbbət – ideal, nigah – real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür. İ.V.Höte
Sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz. A.Hertsen
Məhəbbət – nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır. O.Balzak
Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. F.Dzerjinskiy
Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. V.Publiy
Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. V.Hüqo
Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır. B.Şou
Sevgidə yeganə qələbə qaçışdır. N.Bonapart
Ahıl yaşda eşq eybə çevrilir. O.Balzak |