Müğənni Elnarə 3-cü dəfə ana olub. Sənətçinin ANS PRESS-ə verdiyi məlumata görə, ötən gün oğlan övladı dünyaya gəlib. Körpənin çəkisi 3 kq 750 qram, boyu 53 sm-dir. Uşaq Neftçilər xəstəxanasında dünyaya gəlib. Müğənni artıq 3-cü övladına ad da fikirləşib. Onun sözlərinə görə, körpənin adı Öndər olacaq.
Qeyd edək ki, teleaparıcı Rövşənlə ailəli olan Elnarə iki övlad anasıdır. Qızı Burla Xatun 2007-ci il iyunun 22-də, oğlu Tuğər Harun Cahangir isə ötən il oktyabrın 11-də dünyaya gəlib.
|