Yerli şou-biznes aləmində müğənni Nazəninin hamiləliyi barədə söz-söhbət gəzir. Həmin söz-söhbətlərə inansaq, müğənni artıq hamiləliyinin ikinci ayındadır. Uşağın atasının kimliyinə gəldikdə isə deyilənə görə, bu, müğənninin hal-hazırda vətəndaş nigahında olduğu Azərbaycanın adlı-sanlı iş adamlarından biridir.
Yayılmış söz-söhbətlərə münasibət bildirən Nazənin deyilənlərin yalan, şayiə olduğunu bildirib: "Barəmdə gəzən söz-zöhbətlər sadəcə şayiədir. Yalan və iftiradan başqa bir şey deyil. Danışılanlar mənim özümə də gəlib çatıb. Bu məlumatı kim yayıbsa, bilmirəm. Mətbuat vasitəsililə həmin şəxslərə üzümü tutub deyirəm ki, barəmdə şayiə yayanlarla qarşı mütləq ölçü götürəcəm".
Qeyd edək ki, Nazənin xanımın ilk nigahdan 30 yaşında oğlu, 28 yaşında qızı var. Nənə olan müğənninin qızının 6 yaşında oğlu var. Nazənin xanım 2010-cu ilin sentyabrında oğlu Fəxriyə də təmtəraqlı toy çaldırıb. Lakin Fəxrinin evliliyi qısa sürüb. |