"Kurtlar Vadisi Pusu”serialında canlandırdığı Muro obrazı ilə tanınan aktyor Mustafa Üstündağın toyu olub.
Türkiyə mətbuatınin istinadən verdiyi məlumata görə, 33 yaşlı aktyor Star TV-nin "Cümbür Cemaat Aile” serialında tanış olduğu 22 yaşlı Ecem Özkaya ilə evlənib.
Onlar evlənmə qərarını birlikdə olduqları ilk ayda veriblər. Toyda cütlüyün şahidləri yaxın dostları Bülent Şakrak və həyat yoldaşı Özge Borak Şakrak olub.
Nikah zamanı Üstündağın həyəcanlı olması diqqət çəkib. Özkaya nikah məmurunun "Mustafa Üstündağla evlənməyi qəbul edirsinizmi?” sualına belə cavab verib: "Bəli, eşqlə edirəm”. Məmurun "şahidlərin söyləyəcəyi son bir şey varmı?” sualına isə Bülent Şakrakın "biz öz aramızda bir az danışa bilərik” deməsi salonda gülüşə səbəb olub.
Cütlük avqustun 4-də İstanbulda açıq havada da toy çaldırıb.
Qeyd edək ki, Özkaya Üstündağla münasibətindən bir ay öncə rejissor Uğur Yağcıoğluyla, Muro isə aktrisa Roksen Lülü ilə birlikdəydi
|