Musiqimizə növbəti erməni təcavüzü "O olmasın, bu olsun" operettası rus televiziyasında erməni təqdimatında
Rusiya telekanalında nümayiş olunan "Kot i sobaka” (İt və pişik) cizgi filmində "O olmasın, bu olsun” operettası erməni bəstəkarın adı ilə təqdim edilir. Belə ki, Rusiyanın "Detskiy mir” (Uşaq aləmi) televiziyasının nümayiş etdirdiyi "Kot i sobaka” cizgi filmindəki musiqinin müəllifini erməni bəstəkarın olduğunu qeyd edir. Əslində isə cizgi filmində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun musiqisindən istifadə edilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günki mətbuat konfransında bu məsələ ilə bağlı ciddi tədbirlər görəcəyini bildirib.
"Kino şöbəsinə bu problemlə bağlı lazımi göstərişlər verəcəm və çox güman ki, problem tez bir zamanda həll olunacaq”, deyə nazir qeyd edib. O, məsələ ilə əlaqədar təcili surətdə məşğul olacağına söz verib.
Qarayev vaxt azlığından bütün televiziyaları izləmək imkanının olmadığını söyləyib. Bu kimi təcavüzlərdən xəbər tutan tamaşaçıların nazirliyi xəbərdar etməsini tövsiyə edib.
|